Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli İnsanovun Milli Şuraya dəstək mesajına REAKSİYA
Əli İnsanovun Milli Şuraya dəstək mesajına REAKSİYA
24 İyun 2013 / 15:00 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Azərbaycanın keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun müxalifət qüvvələrinin birləşdiyi Milli Şuraya dəstək verməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Vaxtilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) əsas simalarından olan Əli İnsanovun vəkili vasitəsilə çatdırdığı dəstək mesajı Milli Şurada müsbət qarşılanıb.

Milli Şura sədri Rüstəm İbrahimbəyov eks-nazirin bu addımını müsbət qarşılayaraq Ə.İnsanovun bu dəstəyinin seçkilərdə onlara yardımçı olacağını qeyd edib.

Əli İnsanovun müxalifətə yaxınlaşması keçmiş partiyadaşları tərəfindən necə qarşılanıb?

Modern.az-ın əməkdaşı Əli İnsanovun Milli Şuraya dəstək verməsi ilə bağlı hakim partiyadan münasibət öyrənib. YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Əli İnsanovun bu addımı Milli Şuraya uğur gətirməyəcək:

“Milli Şuranın özünün cəmiyyətdə nüfuzu kifayət qədər aşağıdır. Onların bu gün irəli sürdüyü təkliflər cəmiyyə tərəfindən dəstəklənmir. Ona görə də hesab edirik ki, kimlərinsə Milli Şuraya qoşulması ona uğur gətirə bilməyəcək”-deyə YAP rəsmisi münasibət bildirib.

Qeyd edək ki, 2005-ci ildən həbsdə olan sabiq nazir vəkili Toğrul Babayev vasitəsilə Milli Şuraya dəstək olduğunu bəyan edib:

“Hesab edirəm ki, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram”.

Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib. 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə