Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər rus qardaşlarından üz döndərir
Ermənilər rus qardaşlarından üz döndərir
24 İyun 2013 / 15:11 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Rusiya rəsmi şəxslərinin Ermənistana səfərləri tezləşib. Bazar günü Ermənistan prezidenti Serj Sarkisyan Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. “Tərəflər iki ölkə arasında qarşılıqlı münasibətlərlə bağlı məsələləri geniş müzakirə ediblər”, – deyə Sarkisyanın mətbuat xidmətinin məlumatında deyilir.

Baxmayaraq ki, Ermənistanın sərhədlərinin təhlükəsizliyinə heç yerdən təhdid yoxdur, görüşdə xüsusi diqqət bu Cənubi Qafqaz ölkəsinin dövlət sərhədlərinin təhlükəsizlik səviyyəsinin artırılması üzrə işlərin gedişinə ayrılmışdı. Ola bilər ki, söhbət Dağlıq Qarabağ haqqında da olub. Bu ərazilər yalançı müstəqilliyə baxmayaraq, tamamilə Ermənistan tərəfindən idarə olunur. Bu regionu və Azərbaycanın digər rayonlarını zəbt edən Ermənistan. Yerli ekspertlər Patruşevin İrəvana səfərini təkcə uzun əsrlər boyu iki ölkənin dostluq və qardaşlıq söhbətləri ilə deyil, əslində “Qazprom”un qazın qiymətini qaldırmasından sonra cəmiyyətdə yaranan anti-Rusiya mühitini sındırmaq cəhdləri ilə əlaqələndirirlər.

Bundan başqa, Rusiya görünür Ermənistanı Gömrük və Avrasiya İttifaqına tələsdirir. Xüsusən ona görə ki, bu yoxsul ölkədə tez-tez ölkənin yeni geosiyasi seçiminə dair çağırışlar səslənir. Bir çox mütəxəssis hesab edir ki, artıq böyük qardaşdan yaxa qurtarmaq və Avropaya inteqrasiya olmaq vaxtıdır. Lakin bir sıra ekspertlərin fikirncə, çətin ki, bu baş tutsun. Axı, Ermənistan bu gün bütün münasibətlərdə tamamilə şimal qonşusundan asılıdır.

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə