Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AŞPA prezidenti: ”…mövqeyim aydındır”
AŞPA prezidenti: ”…mövqeyim aydındır”
24 İyun 2013 / 15:40 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Jan Klod Minyon Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin üzvləri ilə görüş keçirəcəyini açıqlayıb

“Biz AŞPA Daimi Komitəsi və Bürosunun Ermənistanda keçirilmiş iclaslarında Dağlıq Qarabağ münaqişəsinə həlli məsələsini nəzərdən keçirdik”. Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan Klod Minyon qurumun yay sessiyasının ilk günündəki ənənəvi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin cari məsələ kimi sessiyanın gündəliyə salınmasının mümkünlüyü haqda APA-nın sualına cavabında deyib.

J. K. Minyon bildirib ki, bu müzakirələr Cənubi Qafqaza səfərinin davamı olaraq baş tutub: “Mən hər üç ölkədə kifayət qədər maraqlı görüşlər keçirdim, xüsusən də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri ilə maraqlı müzakirələr apardıq. Anladığım o oldu ki, Azərbaycan bu gün ATƏT-in Minsk Qrupunun hazırladığı və irəli sürdüyü Madrid prinsiplərinin altı bəndini olduğu kimi qəbul etməyə razıdır. Bu, çox əhəmiyyətlidir. Bundan başqa, Azərbaycan xarici işlər naziri məni bununla bağlı Ermənistan xarici işlər nazirini məlumatlandırmağa və onu da bu məsələdə ruhlandırmağa dəvət etdi. Bu məsələ ilə bağlı mövqeyim aydındır. Məlum olduğu kimi, mən AŞ PA-nın Dağlıq Qarabağa dair yaradılmış alt komitəsinin fəaliyyətinin bərpa olunmasına qarşı çıxdım. Çünki bu məsələ ilə məşğul olmağa səlahiyyəti olan yeganə qurum ATƏT-in Minsk Qrupudur.

Kim tərəfindən olursa olsun, irəli sürülən hər hansı bir təşəbbüs Minsk Qrupunun fəaliyyətinin əhəmiyyətini azalda bilər. Mən bütünlüklə Minsk Qrupunun fəaliyyətinə arxalanıram. Məcbur deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi assambleyamızda cari məsələ kimi müzakirə olunsun. Bunun başqa bir formatını dəqiqləşdirməliyik. Bizim arzuladığımız odur ki, yaxın vaxtlarda Minsk Qrupu həmsədrlərini və ya onlardan birini AŞPA-ya dəvət edək və onları dinləyək”.

AŞPA rəhbəri sessiyanın üçüncü günü Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin üzvlərini bir yerə toplayaraq onlarla görüş keçirəcəyini açıqlayıb: “Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəyik. Gördüyüm odur ki, bu gün bu məsələni irəliyə aparmaq üçün həqiqi bir istək var. Bu məsələdə Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyindən də bəhrələnmək lazımdır. Bildiyiniz kimi, Nazirlər Komitəsinə sonra Avstriya və daha sonra Azərbaycan sədrlik edəcək. Mən Avstriya xarici işlər naziri ilə də bu haqda danışacağam. Hər üç ölkənin sədrliyi dövründə biz bu məsələni diqqətdə saxlamalıyıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə