Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Şuranın qaranlıq dövrü
Milli Şuranın qaranlıq dövrü
24 İyun 2013 / 17:03 / Baxış sayı: 196
Font1 Font2 Font3 Font4

Şəmşad Ağa

Son günlər Azərbaycanın siyasi gündəmində, demək olar ki, Milli Şura ətrafında gedən müzakirələrdən başqa yeni bir şey yoxdur. Görünən odur ki, müxalifət bu dəfə də seçkiyə yeni siyasi blokla qatılır. Amma vahid namizəd məsələsində hələ də yekdil qərar yoxdur və ikili vətəndaşlığı olan Rüstəm İbrahimbəyov faktoru ciddi problemə çevrilib. YAP artıq öz namizədini elan edib. Seçkiyə isə çox az vaxt qalır.

Bəlkə də, YAP siyasi rəqibinə göstərmək istəyir ki, bizdə namizədlə bağlı problem yoxdur. Əslinə baxanda da hakim komanda hələ də namizəd məsələsində yekdildir. Ən azından ortada olan reallıq budur. Milli Şurada təmsil olunan təşkilatlar arasında isə soyuq savaş gedir. Bu savaş daha çox sosial şəbəkələrdə hiss olunur. Müsavat başqanı İsa Qəmbər vahid namizədin Azərbaycanda olmasını istəyir. Əslində, haqlıdır. Vahid namizədliyi təklif olunan Rüstəm İbrahımbəyov – “Ağ atlı oğlan” isə deyəsən, hələ də geri qayıtmaq haqqında düşünmür.
Amma Rüstəm müəllimdən Rüstəmi-zəmanə düzəltmək istəyən dostlar inadlarından dönmür, israrla onun namizədliyini müdafiə edirlər. Açığı, bu mövzuda gedən söz-söhbətlər, sosial şəbəkələrdəki çılğın, bəzən də həddi aşan müzakirələr indiki durumda xoş deyil. Ancaq bir şey aydın görünür ki, Milli Şura hazırda öz “qaranlıq dövrü”nə qədəm qoyub.
Ona görə də qurum namizəd məsələsini vaxtında həll etməli, bu “qaranlıq dönəm”i geridə buraxmalı və “Ağ atlı oğlan”dan əlini üzməlidir. Düşünməyin ki, Milli Şura haqqında mövqeyim qərəzlidir. Əsla. Əksinə, müxalifətin vahid güc halında seçkiyə qatılıb ölkədə normal demokratik seçki mühitinin inkişafına təsir edə bilməsinin tərəfdarıyam. Hakimiyyətin isə ən çox narahat olduğu məqam təbii ki, məhz müxalifətin seçkilər dövründə vahid güc halına gəlməsi və seçkiyə qatılmasıdır. O ki qaldı Rusiyadan ümid gözləyən dostlara, bir həqiqət dəyişməzdir: Azərbaycana heç vaxt “İrandan hürriyyət”, şimaldan demokratiya gəlməyəcək…
Yazı müəllifin “facebook” səhifəsindən götürülüb.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə