Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Asfalt istehsalı müəssisəsi cərimələndi
Asfalt istehsalı müəssisəsi cərimələndi
24 İyun 2013 / 17:20 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Qafqaz Ticarət” MMC-nin direktoru Ahmet Yeman tərəfindən müəssisəsinin yaxınlığında yerləşən Asfalt istehsalı sahəsinin fəaliyyətinin ətraf mühitə mənfi təsiri ilə bağlı daxil olmuş şikayət məktubu Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı “Qafqaz Ticarət” MMC-nin yaxınlığında yerləşən Nərimanov rayonu 7-ci Köndələn küçəsi 205-ci məhəllə ünvanında fəaliyyət göstərən asfalt istehsalı sahəsinin “Turyol” MMC-yə məxsus olduğu məlum olub.

Nazirliyin mütəxəssisləri tərəfindən istehsalat sahəsinə keçirilən baxış və monitorinq zamanı asfalt istehsal edən qurğunun mazutla işləməsi və mövcud toztutucu qurğuların istismar qaydalarının pozulması səbəbindən tüstüötürücü borudan çirkləndiricilərin normadan artıq atmosferə atılmasına yol verildiyi aşkar edilib. Belə ki, atmosferə atılan tozun miqdarının 2,4, azot 4 oksidin 1,4, dəm qazının isə 1,6 dəfə yol verilən birdəfəlik maksimal qatılıq həddini keçdiyi qeydə alınıb. Yol verilmiş inzibati xətaya görə obyektin icarəçisi fiziki şəxs Turqay Yusifov barəsində protokol tərtib olunub, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən o, fiziki şəxs qismində inzibati qaydada 700 manat məbləğində cərimə edilib. Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədi ilə ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə