Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Matəm günlərində telekanalların efirində reklam olmayacaq
Matəm günlərində telekanalların efirində reklam olmayacaq
24 İyun 2013 / 17:42 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Məsələ yeni hazırlanmış “Reklam haqqında” qanun layihəsində əksini tapıb

Azərbaycanda televiziya və radio proqramlarında (verilişlərində) hansı hallarda reklam yayımının qadağan olunmasının şərtləri müəyyənləşir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Reklam haqqında” qanun layihəsində əksini tapıb.

Layihənin 20.2 maddəsində göstərilir ki, Prezidentin, baş nazirin, Milli Məclis sədrinin və Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının, Milli Məclis sessiyalarının, rəsmi dövlət tədbirlərinin yayımlanması zamanı dövlət orqanlarının fəaliyyəti barədə proqramda (verilişdə) reklam verilməsi qadağan olunur.

20.3-cü maddədə isə deyilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində televiziya və radio proqramlarında (verilişində) reklam yayımlanması qadağandır. Yeni qanunda eyni zamanda göstərilir ki, xəbər proqramının, qanunvericiliyə uyğun olaraq yayımlanan təbliğat xarakterli proqramın (verilişin) dini, yetkinlik yaşına çatmayanlar üçün proqramın (verilişin), 30 dəqiqədən az çəkən serialların, aktual siyasi proqramın (verilişin) yayımlanması reklamla kəsilə bilməz.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə