Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin SİYAHISI
Məhbuslara işgəncə verən vəzifəli şəxslərin SİYAHISI
25 İyun 2013 / 12:09 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” hesabat hazırlayıb. Alyansın rəhbəri Oqtay Gülalıyev “Media forum” saytına deyib ki, Bakı və regionlardakı istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb.

Hüquq müdafiəçisinin sözlərinə görə, hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar olub: “Dəfələrlə cəhd edilsə də, hesabat müəllifləri həbs yerlərinə buraxılmayıb. Hesabatın daha da dolğun, əhatəli və obyektiv alınması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Penitensiar Xidmətə məxsusdur. Bir sıra məqamların dəqiqləşdirilməsi və suallara aydınlıq gətirilməsi üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə uyğun şəkildə rəsmi sorğu ilə müraciət edilsə də, qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu cavablandırmaqdan boyun qaçırıb. Sorğuya cavab alınması üçün məhkəməyə müraciət olunub.

Hesabatda diqqət çəkən məqamlardan biri məhbuslara işgəncə verən vəzifəli şəxslərin – Daxili İşlər və Ədliyyə nazirlikləri əməkdaşlarının adlarını özündə ehtiva edən siyahının əks olunmasıdır. Digər məqamlar isə həbs yerlərində hökm sürən qanunsuzluqlar, korrupsiya faktları, məhbuslar arasında ayrı-seçkilik və işgəncə halları, eləcə də Azərbaycandakı analoji durumun Avropa ölkələri həbsxanalarındakı vəziyyətlə müqayisəli təhlilidir. Sənəddə həmçinin həbs yerlərində saxlanma şəraiti ilə bağlı real durum, məhbuslara göstərilən tibbi və sosial xidmətlər, onların ərzaq və qida təminatında olan problemlər araşdırılıb”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə