Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ata hakimiyyəti rəsmən oğluna verdi
Ata hakimiyyəti rəsmən oğluna verdi
25 İyun 2013 / 12:15 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Qətər əmiri Hamad Ben Xəlif Əl-Tani rəsmi olaraq hakimiyyəti öz oğlu, vəliəhd şahzadə Tamim Ben Hamad Əl-Taniyə verməsi ilə bağlı rəsmi bəyənat verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı “Əl-Cəzirə” telekanalı xəbər yayıb.

Əl-Tani, Tamim Ben Hamad Əl-Taninin Qətərin inkişafı üçün əlindən gələni edəcəyinə əminliyini bildirib.Ötən gün əmir monarxiya ailəsinin üzvləri və ölkənin yüksək rütbəli məmurları ilə görüşərək onlara hakimiyyəti şahzadəyə verəcəyi barədə məlumatlandırıb.

Hələ bu ayın əvvəlində hazırda 61 yaşı olan Qətər əmirinin hakimiyyəti 33 yaşlı vəliəhd şahzadəyə ötürməyi nəzərdən keçirdiyi barədə şayiələr yayılmışdı.
Tamim Ben Hamad Əl-Tani 1980-cı ildə anadan olub və əmirin ikinci oğludur. Şahzadə Qətər ordusunun zabitidir və ölkənin Olimpiya Komitəsinə rəhbərlik edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə