Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident sarayına hücum oldu
Prezident sarayına hücum oldu
25 İyun 2013 / 12:18 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İyunun 25-də Kabil polisi bəyan edib ki, Əfqanıstan prezidentinin sarayına hücum edən bütün talibançılar ölüb. “Agence France-Presse”-in xəbərinə görə, hücumda Taliban hərəkatının dörd üzvü iştirak edib.

Prezident Sarayına minalanmış maşında gələn terrorçular partlayışdan əvvəl maşından tullanıblar. Lakin onlardan heç biri sağ qalmayıb. Polisin məlumatına görə, yaraqlılar sarayın ərazisinə daxil olmaq üçün saxta sənədlərdən istifadə ediblər. Hücum zamanı altı partlayışın baş verdiyi, atışmanın isə 45 dəqiqə davam etdiyi bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.

Hücuma görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb. Hücum zamanı Prezident Sarayında 20-dək jurnalist olub. Onlar Əfqanıstan prezidenti Həmid Karzayın mətbuat konfransına gəlibmiş. Həmin vaxt prezidentin özünün harada olduğu isə məlum deyil.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə