Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı açıldı
Silahlı Qüvvələrin Baş Klinik Hospitalı açıldı
25 İyun 2013 / 12:20 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

İyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu. Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxdı.

Dövlətimizin başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşdü.Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış oldu. Bildirildi ki, səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə