Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rayonlara yeni prokuror təyin edildi
Rayonlara yeni prokuror təyin edildi
25 İyun 2013 / 12:31 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Azərbaycanda prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Maarif Hüseynov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Qoşqar Əhmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Ceyhun Almasov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Cəbrayıl, Qubadlı və Laçın rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş prokurorun digər əmrləri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi Fuad Məmmədov tutduğu vəzifədən azad edilərək Tərtər hərbi prokuroru, Tərtər hərbi prokuroru Mehdi Hüseynzadə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi vəzifələrinə təyin edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə