Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rüstəm İbrahimbəyov ölkəyə qayıdır – GƏLƏN AY
Rüstəm İbrahimbəyov ölkəyə qayıdır – GƏLƏN AY
25 İyun 2013 / 12:53 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“İyul ayının axırında Azərbaycanda olacağam”. Bu sözləri AzNews.az-a açıqlamasında Milli Şuranın sədri, tanınmış dramaturq Rüstəm İbrahimbəyov deyib. O qeyd edib ki, Bakıya qayıdacağı tarixlə bağlı ölkə ictimaiyyətinə ünvanladığı son yazısında da məlumat verib: “Bu barədə mətbuata daha öncə də məlumat vermişəm. İyul ayının ortasında Avropaya səfərim gözlənilir. Avropada bir sıra mühüm görüşlərim olacaq. İyul ayının sonlarına qədər planlaşdırılan görüşlər yekunlaşacaq. Bunun ardınca isə iyul ayının sonunda Bakıya dönəcəyəm”.

Qeyd edək ki, Milli Şura ilə bağlı əsas narahatlıq qurumun sədrinin ölkəyə qayıtmayacağı iddiaları ilə bağlıdır. R.İbrahimbəyov ötənlərdə verdiyi müsahibədə həbs təhlükəsinin mövcudluğunu bildirmiş və ölkəyə gəliş vaxtının da Avropadakı bütün görüşlərini başa vurduqdan sonraya salınacağını bildirmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə