Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məcburi köçkünlər yolu bağladı
Məcburi köçkünlər yolu bağladı
25 İyun 2013 / 13:15 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Pirəküşkül qəsəbəsindəki hərbi şəhərcikdə məskunlaşmış məcburi köçkünlər qəsəbənin qarşısından keçən Bakı-Şamaxı magistral yolunu bağlayıb.

Bu barədə Müsavat Partiyasının Məclis üzvü İkram İsrafil “Yeni Müsavat”a məlumat verib. Təsadüfən yoldan keçən və rayonlara gedən İ.İsrafil yolun bağlanması səbəbindən bir müddət bu ərazidə dayanmalı olub. Bu zaman isə aksiya iştirakçıları ilə həmsöhbət olmaq imkanı qazanıb.

Ağır şəraitdə yaşadıqlarını bildirən aksiya iştirakçıları deyiblər ki, onlar Müşfiq qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilən yaşayış massivinə köçürülmələrini tələb edirlər. Əraziyə gələn polis əməkdaşları nəqliyyatın hərəkətini bərpa etsələr də, aksiya iştirakçıları tələblərində israrlı olduqlarını deyiblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə