Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Narkomaniyadan özümüzü qoruyaq”
“Narkomaniyadan özümüzü qoruyaq”
25 İyun 2013 / 15:19 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

26 iyun “Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü”dür.

Bütün dünya üçün aktual olan narkomaniya Azərbaycandan da yan keçməyib. Rəsmi statistikaya görə, artım hər il təxminən 1000 nəfər təşkil edir. Statistik məlumatlarda ölkədə 27 min nəfər yaxın narkoman olduğu bildirilir. Bu rəqəm 2010-cu ildə 25 min 489 nəfər təşkil edib. Təəssüf edici hal odur ki, narkomaniya gəncləşməkdədir. Belə ki, respublikadakı narkomanların 4 min 979 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Narkomanların 600 nəfəri qadınlar, 12 min 791 nəfəri isə 40-59 yaşlı kişilərdir.

Narkomanların 80 faizi damar daxili narkotik istifadəçiləridir. Respublika üzrə ən çox narkotik istifadəçiləri isə Bakı və Sumqayıt şəhərlərinin və cənub bölgəsinin payına düşür.

Qeyri-rəsmi məlumatlara görə isə ölkədə narkomanların sayı göstərilən rəqəmdən bir neçə dəfə çoxdur.
Ölkə başçısının sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram təsdiq edilib. Narkomaniya ilə mübarizə istiqamətində ,çox saylı tədbirlər həyata keçirilir.

Bu proqram çərçivəsində 25 iyun 2013-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyi ilə birgə “Narkomaniyadan özümüzü qoruyaq” devizi altında maarifləndirici aksiya keçirəcək. Aksiya zamanı Sahil bağında və şəhərin müxtəlif yerlərində əhali arasında narkomaniyanın fəsadlarından bəhs edən bukletlər paylanılacaq. Aksiyanı keçirməkdə əsas məqsəd ölkə əhalisini narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, narkomaniyanın onların öz orqanizminə necə mənfi təsir göstərdiyi barədə maarifləndirmə işini aparmaq, əsasən gənclərimizi bundan uzaq tutmaq, nə qədər qorxunc asılılığın yaranmasının mümkünlüyünü izah etmək və bu xəstəlikdən uzaq durmalarına çalışmaqdan ibarətdir.

Rəqsanə Yusifzadə

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə