Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hindistanda insident, 5 əsgər öldürüldü
Hindistanda insident, 5 əsgər öldürüldü
25 İyun 2013 / 15:31 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Hindistanın Srinaqar şəhərində ordu qüvvələrinin maşın karvanı, bir qrup naməlum şəxsin hücumuna məruz qalıb. Hücum zamanı 5 əsgər öldürülüb, 7 nəfər isə yaralanıb.

Hücum edən şəxslər avtomat markalı silahlarla əsgərlərə atəş açıblar. Hücumdan dərhal sonra hökumət qüvvələri bölgədə irimiqyaslı əməliyyatlara başlayıb. Hadisəyə görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib. Hücumların ölkənin baş naziri Manmohan Sinqhin şəhərə səfəri öncəsində həyata keçirilməsi isə, hökumətə müxalif qüvvələrin bu işdə əli olması ehtimallarını ortaya çıxarır.

Xatırladaq ki, Srinaqar şəhərində ötən həftənin əvvəlində də oxşar hücumlar zamanı 2 əsgər öldürülmüşdü. Daha sonra keçirilən axtarış əməliyyatları zamanı 30-a yaxın üsyançı saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, əksəriyyəti müsəlman icmasından təşkil olunan Kəşmir bölgəsində yerləşən qüvvələr Hindistandan müstəqillik əldə etmək və ya qonşu Pakistana birləşmək üçün mübarizə aparırlar. Qeyri-rəsmi statistikaya görə, 1989-cu ildən başlayan mübarizədə indiyə qədər 68 mindən çox insan öldürülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə