Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramil Səfərov ata olacaq
Ramil Səfərov ata olacaq
25 İyun 2013 / 16:40 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Gənc ailə övlad sahibi olmağa hazırlaşır

“Ramil Səfərov ata olmağa hazırlaşır”. Bu barədə publika.az-a gənc zabitin yaxınları məlumat veriblər. Mənbə bildirir ki, hazırda gənc ailə bu yeni xəbərin sevinci ilə yaşayır.

Xatırladaq ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov ötən il Azərbaycana gətirilib.
O, 2004-cü ilin yanvarında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu. Vətənə dönməyə 20 gün qalmış – fevralın 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

R.Səfərov ötən ilin avqustunda Azərbaycana təhvil verilib və həmin gün prezident İlham Əliyevin fərmanı ilə əfv olunub. Azadlığa qovuşub Azərbaycana qayıtdıqdan sonra Şəbnəm Gülməmmədova ilə ailə həyatı quran zabitimiz “N” saylı hərbi hissədə fəaliyyətini davam etdirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə