Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Silahlı Qüvvələrinin 95 illiyi” suvenir markası hazırlanıb
“Silahlı Qüvvələrinin 95 illiyi” suvenir markası hazırlanıb
25 İyun 2013 / 17:42 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Azərmarka şirkəti iyunun 26-dan etibarən Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” suvenir poçt blokunu dövriyyəyə buraxacaq. Bu barədə arxiv.bizimxeber.az RİTN-in saytına istinadən məlumat verib.

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. 1918-ci ilin bu tarixində Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındandır. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunub.Blok üzərində Azərbaycan Ordusunun sərəncamında olan müxtəlif silah növləri əks olunub. Blokun tirajı 20 min, nominal dəyəri 1 manat təşkil edir.ğ

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə