Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ordusu ilə qürur duyan ölkə – AZƏRBAYCAN – FOTOLAR
Ordusu ilə qürur duyan ölkə – AZƏRBAYCAN – FOTOLAR
25 İyun 2013 / 18:30 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Bununla “Ordu Günü”nə “nə ilə və necə gedirik” sualının cavabını da vermiş olduq

Hər bir dövlət üçün qürur mənbəyi olan ordu amilinin Azərbaycan kimi ölkələrdə xüsusi yeri var. Postsovet və ümumilikdə sosialist düşərgə ölkələrinin müstəqillik qazanmasından sonra baş verən hadisələr bu dövlətlərin bəzilərində ordu amilini xüsusi qabartdı. Azərbaycan da bu mənada istisna olmadı. Müstəqillikdən həmən sonra başlayan Qarabağ savaşı əsgəri qüvvənin sovet sistemindən fərqli anlam daşıdığını bütün açıqlığı ilə ortaya qoydu.

İyunun 26-ı Azərbaycan ordusunun yaranma günüdür. Bəs, bu günə Azərbaycan necə və nə ilə gedir? Bu gün həm yerli, həm obyektiv xarici mütəxəssislər, ekspertlər Azərbaycan ordusunun gücü, hazırlıq səviyyəsi, peşəkarlığını yüksək qiymətləndirirlər.

İstər əsgəri heyətin fiziki-taktiki hazırlığı, istər müxtəlif qoşun növlərinin maddi-texniki və silah-sursat təchizatı, istərsə də ordu üçün ən vacib amil olan dövlətə və Ali Baş Komandana inam və etibarı üst düzəndədir. Son 10 günün xəbərləri də dediklərimizi sübut edir.

Rusiyadan külli miqdarda silah alınması barədə xəbərdən də görünür ki, Azərbaycan ordusunun silahlanması beynəlxalq razılaşmalara zidd olmayan qaydalar çərçivəsində və açıq şəkildə aparılır.

Təsadüfi deyil ki, Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistan, həmçinin dünyanın bir çox dövlətləri barədə (xüsusən də ərazisində hərbi əməliyyatlar gedən və ya digər dövlətlərin ərazisində bu cür əməliyyatlarda iştirak edən) zaman-zaman belə xəbərlər yayılsa da, Azərbaycanın adı gizli silah alış-verişində və ya normadan artıq silah alınmasında çəkilməyib. Bir neçə il öncə Ermənistanın həmin Rusiyadan 1 milyardlıq silah alması barədə məlumatların məxfi saxlanılması və məhz medianın israrından sonra açıqlanması da deyilənləri təsdiqləyir.

Ötən gün Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması isə dövlətin orduya qayğısının daha bir nümunəsidir.

Qeyd edək ki, sərəncam Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə verilib. Sərəncama görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılıb. Yəni, ordunun maddi təminatı nə qədər güclü olarsa, xidmətdə olan vətəndaş bir o qədər fikrini işinə, borcuna, vəzifəsinə yönəldə bilər.

Bu gün daha bir diqqətçəkən hadisə isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışıdır. Prezident İlham Əliyevin açılışında şəxsən iştirak etdiyi müalicə korpusu məhz ordunun sağlamlıq problemlərinin həllinə yönəlik addım kimi yüksək qiymətləndirilməlidir.

Yeni korpusun qarşısında ümumi sahəsi 5 hektar olan ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq sahələri salınıb. Burada ulu öndər Heydər Əliyevin büstü qoyulub. Prezident İlham Əliyev ümummilli liderin xatirəsini yad edib.

Prezident, Ali Baş komandan İlham Əliyevə hospitalın baş planı barədə məlumat verilib.

korpus

Bu hərbi tibb müəssisəsi 1000 çarpayı fonduna malik olmaqla Silahlı Qüvvələrin hərbi qulluqçularına, istefaya və ehtiyata buraxılmış zabitlərə və onların ailə üzvlərinə yüksək ixtisaslı tibbi yardım göstərir. 25,4 hektarda yerləşən, 8 müalicə və digər yardımçı korpuslardan ibarət olan hospitalda 6 şöbə, 47 müalicə-diaqnostika bölməsi var.

Hospitalda 300 çarpayılıq birinci müalicə korpusu, 60 çarpayılıq yoluxucu xəstəliklər korpusu, müasir sanitar avtomobillərlə təmin edilmiş avtomobil parkı fəaliyyət göstərir. Dövlət başçısına yeni inşa edilən ikinci Müalicə Korpusu barədə də məlumat verilib. Ümumi sahəsi 30 min kvadrat metr olan korpus 560 çarpayılıqdır. Burada 27 müalicə-diaqnostika bölməsi yerləşir. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilib və beynəlxalq standartlara cavab verən avadanlıq və cihazlarla təchiz olunub. Prezident İlham Əliyev Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun açılışını edib. Korpus binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub.

Dövlət başçısı yeni korpusun ürək-damar bölməsində yaradılan şəraitlə tanış olub. Burada ürək çatışmazlığı zamanı uzun müddətə ürəyin fəaliyyətini stimullaşdıran xüsusi qurğu quraşdırılıb. Korpusun palataları və əməliyyat blokları da ən yüksək səviyyədə yaradılıb. Blokların layihələndirmə və quraşdırma işlərini bu sahədə dünyada böyük nüfuza malik şirkətlər həyata keçirib. Burada quraşdırılan avadanlıq istənilən növ ağır əməliyyatları aparmağa imkan yaradır. Bölmənin intensiv-terapiya otaqları da dünya tibb sahəsinin ən son avadanlığı ilə təchiz edilib.

Koprusda invaziv kardiologiya bölməsi də fəaliyyət göstərəcək. Bölmənin avadanlıq və cihazları xəstələrə yüksək səviyyədə, eyni zamanda maksimum tez zamanda keyfiyyətli tibbi xidmət göstərməyə şərait yaradır. Buradakı cihazlar müalicə və diaqnostika işini dəqiqliklə yerinə yetirməyə imkan verir. Dövlət başçısına məlumat verildi ki, tibb ocağında 4 blokda olmaqla ümumilikdə, 10 əməliyyat otağı yaradılıb.

Otaqlarda burun-qulaq, ginekoloji, oftalmoloji və ümumi cərrahiyə əməliyyatları aparmaq mümkündür. Korpusdakı yüksək rütbəli zabitlər üçün yaradılmış tibbi konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi personal üçün bölmələr fəaliyyət göstərir. Ümumi sahəsi 540 kvadrat metr olan bi xidmət sahəsində xəstələrin müalicə işini tibbin ən son tələbləri əsasında aparmaq üçün geniş imkanlar mövcuddur. Korpusun 36 otaqdan ibarət laboratoriya şöbəsi də dünya standartları səviyyəsindədir. Burada ən müasir laborator müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin məhsulları quraşdırılıb. 1500 kvadrat metr sahədə yerləşən şöbədə genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki lobarator qurğuları var.

Tibb müəssisəsinin Radiologiya bölməsində rentgen, maqnit-rezonans tomoqrafiya, kompüter tomoqrafiyası, flüoroqrafiya aparatları quraşdırılıb. Buradakı avadanlığın əksəriyyəti dünyanın inkişaf etmiş ölkələrində yerləşən ən nüfuzlu tibb ocaqlarında istifadə edilir. Tibb ocağında yaradılan videomüşahidə otağında quraşdırılan monitorlar vasitəsi ilə əməliyyat otaqlarından görüntü nümayiş olunur. Xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu otaqda aparılan əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilərlər. Sonra Prezident ilham Əliyev tibb müəssisəsinin kollektivi ilə görüşüb. Sonra xatirə şəkli çəkdirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev ən müasir tibbi avadanlıqla təchiz olunmuş Mobil Səhra Cərrahiyyə Hospitalı ilə də tanış olub. Hospital 2500 kvadrat metr sahədə açılır və açıldıqdan 1 saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-yə qədər xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralı və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin, diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur. Burada həmçinin, 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 yaralı və xəstə çadırı var. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gəlməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu, isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, səyyar mətbəx, hamam və sanitar qovşaqla təchiz olunub. Bütün konteyner və çadırlarda işıq, mərkəzləşdirilmiş isitmə-soyutma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılıb.

 

Nəhayət, sabahkı parad.

Azərbaycanda hərbi parad birinci dəfə deyil keçirilir. Heç sonuncu da olmayacaq. Ancaq son günlər parada hazırlıqla bağlı gələn xəbərlərdən də görünür ki, 2013-ün paradı xüsusi, seçilən bir aksiya olacaq. Təsadüfi deyil ki, hərbi ekspertlər də bu fikrə şərik çıxırlar ki, istənilən ordunun gücü məhz genişmiqyaslı təlimlərdə və paradlarda ortaya çıxır.

Azərbaycan kimi torpağı işğalda olan ölkə üçün hərbi paradın keçirilməsi daha vacibdir. Bundan əlavə, bu parad öz əzəməti və insanlara göstəriləcək müasir texnikası ilə daha maraqlı və diqqətçəkəndir.

Bununla Ordu Gününə nə ilə və necə gedirik sualının cavabını da vermiş olduq. Azərbaycan bu günə müasir silahları, dövlətin orduya ayırdığı diqqət və qayğısı, ordu heyətinin Ali Baş Komandanına inam və etibarı ilə gedir. Və qürurvericidir ki, Azərbaycan ordusu bu gün regionun və MDB-nin ən qabaqcıl, ən güclü ordularından biri və birincisidir. Bununla isə bütün vətəndaşlarımız qürur duymalıdır.

İlkin Hüseynli
arxiv.bizimxeber.az

parad14

parad7parad11parad10parad4parad5parad3parad2parad1 parad15

parad5



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə