Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Parad keçirildi – FOTOLAR
Parad keçirildi – FOTOLAR
26 İyun 2013 / 16:18 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib.

Dövlət və hökumət rəsmiləri, deputatlar, xarici ölkələrin respublikamızdakı səfirləri, dini icmaların başçıları, beynəlxalq təşkilatların əməkdaşları, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyiblər. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamladıqdan sonra Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın dövlət himnini ifa edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söyləyib.

Sonra hərbi parad başlayıb.

Müstəqillikdən sonra sayca dördüncü olan bu paradda Müdafiə Nazirliyinin ordu birləşmələrinin, sülhməramlı qüvvələr, xüsusi təyinatlı qüvvələrin, dəniz piyadaları Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin DİN Daxili Qoşunlarının, FHN Mülki Müdafiə Qoşunlarının, MTN Akademiyasının şəxsi heyətləri, həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantları iştirak edib. Paradla əlaqədar olaraq Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinin gəmiləri də Bakı buxtasında lövbər salıb.

Builki hərbi parad hərbi texnikaların say çoxluğu ilə fərqlənib. Paradda Müdafiə Sənayesi Nazirliyi tərəfindən Azərbaycanda istehsal olunmuş “Gürzə” patrul maşını, “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri keçid edib. Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Gürzə” maşını ilk dəfə paradda nümayiş olunub.

Bundan başqa, hərbi paradda “Cobra”, “Land Rover Defender”, ZPT, “Storm Sufa” tipli zirehli və zirehsiz hərbi maşınlar, “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatları keçid edib. Bununla yanaşı, nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da nümayiş etdirilib.

Paradda “Toçka-U” operativ taktiki raketləri, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar, 120 mm çaplı İsrail istehsalı olan «Cardom» avtomatik minaatanı, 120 mm çaprı TR-122 “Sakarya”, 300 mm çaplı 9K58 “Smerç”, İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, “Qvozdika”, “Pion”, “Msta-S” özüyeriyən haubitsaları, TOS-1A “Solntsepyok” reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 “Aslan”, silahlanmaya yeni daxil olmuş “T-90 C” tankları, “BMP-2” və “BMP-3” tipli piyadaların döyüş maşınları tribuna önündən keçid edib.

Parada Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 “Peçora”, “Strela-10”, S-200, S-300 “Favorit” zenit raket kompleksləri ilə yanaşı silahlanmaya yeni daxil olmuş «Buk-MB» zenit-raket kompleksi də qatılıb.

Paradda Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nın Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri iştirak edib.

Təntənəli hərbi keçid təyyarələrin Azərbaycan bayrağının rənglərini simvolizə edən tüstü buraxaraq uçuş etməsi ilə yekunlaşıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə