Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rasmussen: “Qapılarımız açıqlıdr”
Rasmussen: “Qapılarımız açıqlıdr”
27 İyun 2013 / 10:26 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Gürcüstanda səfərdə olan NATO baş katibi Anders Foq Rasmussen bu ölkənin NATO üzvlüyünə yaxınlaşdığını deyib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Tbilisidə keçirilən mətbuat konfrasında Rasmussen Gürcüstanın NATO-ya üzvlüyünün gerçəkləşməsinin bu ölkədə zəruri islahatların aparılmasından asılı olduğunu qeyd edib: «Əgər Gürcüstan zəruri tələbləri yerinə yetirsə, mütləq NATO üzvü olacaq».

O, həmçinin bildirib ki, Gürcüstanın quruma üzvlüyünü hər hansı üçüncü ölkə həll edə bilməz: «Nə Rusiya, nə də digər üçüncü ölkə NATO-nun qərarına qarışa bilməz. Razılaşmaya əsasən, biz zəruri meyarlara cavab verən Avropanın demokratik dövlətlərini quruma dəvət edə bilərik. Dəfələrlə qeyd etmişik ki, qapılarımız açıqlıdr. Həm Gürcüstan, həm də Ukrayna meyarlara cavab versə NATO üzvü olacaq. Kimin NATO üzvü olacağını Rusiya müəyyən etmir».

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə