Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda dəhşət: kişi arvadını və gəlinini doğradı -TƏFƏRRÜAT
Bakıda dəhşət: kişi arvadını və gəlinini doğradı -TƏFƏRRÜAT
27 İyun 2013 / 11:06 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

İyunun 26-da Bakı şəhərinin Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis İdarəsindənLent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsi Əliheydər Qarayev küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bayramov Valeh Vaqif oğlu həyat yoldaşı, 1964-cü ildə anadan olmuş Bayramova Gülnarə Mürsəl qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra evdə olan və hadisələrə şahidlik edən gəlini 1989-cu il təvəllüdlü Bayramova Sahilə Akif qızını da eyni üsulla öldürüb. Gənc qız evdən qaçaraq canını qurtarmaq istəsə də, V.Bayramov onu həyətdə tutub və amansızlıqla qətlə yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə iş başlanılın. Hadisədən sonra ərazini tərk edən V.Bayramov tutularaq istintaqa təhvil verilib. O, ilkin ifadəsində hadisəni ailə münaqişəsi zəmində törətdiyini deyib. İşsiz olan 55 yaşlı kişi bildirib ki, həyat yoldaşı onu saymadığı üçün bu əməli törədib.

Araşdırmalar davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə