Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səyavuş Aslanla vida mərasimi başlayıb-FOTO
Səyavuş Aslanla vida mərasimi başlayıb-FOTO
27 İyun 2013 / 13:41 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Xalq artistinin harada dəfn olunacağı bağlı qərar hələ verilməyib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bu gecə dünyasını dəyişən xalq artisti Səyavuş Aslanla vida mərasimi başlayıb. ANS PRESS-in mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, xalq artisti ilə vidalaşmağa sənət yoldaşları, yaxınları gəliblər.

Aktrisa Zərnigar Atakişiyeva ANS PRESS-ə açıqlamasında S.Aslanovun vəfatından kədərləndiyini bildirib.”Ruhən həmişə bizimlə olacaq. Onun ifaları aktyora ölməzlik gətirib. Bu itgi Azərbaycan mədəniyyəti üçün ağırdır”.

Saat 10:42
Bu gecə dünyasını dəyişən xalq artisti Səyavuş Aslanla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, vida mərasimi saat 13:00-da başlayacaq, 15:00-dək davam edəcək. Xalq artistinin II Fəxri Xiyabanda dəfn olunması ehtimal edilir. Lakin hələlik bu barədə qərar verilməyib.

Qeyd edək ki, bu səhər saat 03:58 radələrində Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında 77 yaşlı xalq artistinin vəziyyəti pisləşib. Həkimlər gəlincə o, dünyasını dəyişib.

Səyavuş Aslanın oğlu Çingiz Aslanın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti gecə saatlarında qəflətən pisləşib. Dərhal təcili yardıma zəng vursalar da, S.Aslan bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Hazırda Siyavuş Aslanın meyiti yuyulmaq üçün məscidə aparılıb.

Allah rəhmət eləsin!

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə