Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama Afrikada
Obama Afrikada
27 İyun 2013 / 14:21 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Obama üç ölkəni əhatə edən bir həftəlik Afrika səfərinin ilk dayanacağı Seneqaldır.

ABŞ prezidenti Barak Obama üç ölkəni əhatə edən bir həftəlik Afrika səfərinin ilk dayanacağı Seneqaldır.
Xanımı Mişel və qızları Malia və Saşanın da yollandığı səfərdə Obamanı dünən axşam saatlarında Seneqalın dövlət başçısı Mak Sall qarşılayıb. Hakimiyyətə gəldiyi 2008-ci ildən etibarən ikinci dəfə Afrikaya səfər edən Obama Seneqalda bir neçə rəsmi görüş keçirəcək.

Məlumatda qeyd olunur ki, Seneqal xalqı əcdadı Afrikaya gedib çıxan ABŞ prezidentini qarşılamaqdan məmnundurlar: “Bu bizim üçün fəxrdir. Əgər dünya ABŞ-da qaradərili bir insanın prezident olmasını qəbul edəcək qədər irəlilədisə bu bizim üçün şərəfdir”.

Paytaxt Dakarın küçələrində “səni sevirik, Obama” yazılı pankartları əllərində tutan yoxsul insanlar diqqət çəkir. Seneqal xalqı obamadan kömək gözləyir: “Prezident Obamanın gəlişindən şadıq, ancaq onun bizə kömək etməsini gözləyirik. Gecə-gündüz işləyən insanlarımız var, lakin həyat şəraitimiz yaxşı deyil. Yaşamaq çətindir, bütün ölkə bu vəziyyətdədir”. Barak Obama Seneqal səfərindən sonra Cənubi Afrikaya gedəcək. Bu ölkənin əfsanəvi lideri Nelson Mandelanın səhhətinin ağır olması Obamanım səfərinə kölgə salacağı iddia edilir. ABŞ prezidentinin qara qitədəki son dayanacağım isə Tanzaniya olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə