Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident Viktor Pontanı qəbul edib
Prezident Viktor Pontanı qəbul edib
27 İyun 2013 / 15:00 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də Rumıniyanın baş naziri Viktor Pontanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla Rumıniya arasında fəal əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Ölkələr arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayan prezident özəl sektorda yaxşı əməkdaşlığın yaradılması, həmçinin iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib. Dövlət başçısı bu səfərin Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan V. Ponta ölkəsinin Avropa İttifaqında Azərbaycanın ən yaxın dostlarından biri olaraq qalmaqda davam edəcəyini qeyd edib. Baş nazir ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində siyasi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin də əhəmiyyətini qeyd edin.

Görüşdə birgə layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə