Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pulsuz gediş kartları olacaq
Pulsuz gediş kartları olacaq
27 İyun 2013 / 16:09 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Mayın 1-dən Bakıda bəzi marşrutlarda kart sisteminin tətbiqi ilə bağlı avtobuslara müvafiq aparatların quraşdırılmasına başlanıb.

Kart sisteminin tətbiqi daha bir vacib məsələni – bütün xarici ölkələrdə olduğu kimi, sosial qruplara güzəştlərin edilməsini gündəmə gətirib. Bu güzəştlər hansı qruplar üçün nəzərdə tutula bilər, güzəşt sistemi nə dərəcədə səmərəlidir, onun hansı problemləri var? Bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

Nazirlik: “Hazırda sosial qruplara güzəştlər məsələsi müzakirə olunur”

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, kart sisteminin tətbiqi üçün avtobuslara baxış keçirilib və ilkin olaraq kart sistemi quraşdırmaq üçün 500 avtobus müəyyənləşdirilib. Artıq bu aydan Bakıda fəaliyyət göstərən avtobuslarda gediş haqqının kart vasitəsilə ödənilməsi sisteminin tətbiqinə başlanacaq.

Bu il ərzində vahid kart sisteminin tətbiq ediləcəyi avtobusların sayının 1000-ə çatdırılması nəzərdə tutulub. 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tamamilə başa çatdırılmalıdır.

Məlumata görə, paytaxtın sərnişin nəqliyyatında vahid kart tətbiq ediləcək ki, bu kartla metropolitendə də istifadə etmək mümkün olacaq. Kart özü 1 manata satılacaq. Ona gediş haqqı yükləmək üçün şəhərdə 5 minə yaxın terminal quraşdırılacaq. Kartları həmin yerlərdə həm almaq, həm də pul yükləmək mümkün olacaq.

Hazırda müəllim, jurnalist və başqa bu kimi sosial təbəqələrə güzəştli kartların tətbiqi məsələsi ətrafında müzakirələr aparılır.

“İctimai nəqliyyatda sosial qruplara güzəşt bütün
ölkələrdə tətbiq olunur”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, analoji təcrübə dünyanın bütün ölkələrində çoxdan mövcuddur.

Sosial qrupların seçilməsinə gəldikdə, ekspert deyir ki, ayrı-ayrı ölkələrdə fərqli seçim var: “Əksər ölkələrdə tələbələrə güzəştlər edilir, onlar çox hallarda ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Avropa ölkələrində, ABŞ-da, qonşu ölkələrdə də belədir. Hər bir ölkənin sosial qrupların seçilməsi meyarları fərqlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, sosial qrupların tərkibini müəyyən edən ümumi kriteriyalar da var”.

“Güzəştlərin tətbiqi üçün sərnişindaşıma şirkətlərinə
subsidiya ödənilməlidir”

Ekspertin fikrincə, Azərbaycanda uyğun sistem müəyyənləşdirilərsə, dünya təcrübəsinə istinad etmək lazımdır: “İndiki vəziyyətdə bu güzəştlərin tətbiqinə başlansa da, praktikada bunu reallaşdırmaq mümkün olmaz. Nəqliyyatın kart sisteminə keçməsindən sonra isə sosial qruplara güzəştlər verilməsi mümkün olacaq.

Bunun müqabilində sərnişindaşıma ilə məşğul olan qurum və ya şirkətlər dövlət büdcəsindən subsidiya alacaqlar.
Azərbaycanda, ümumiyyətlə, güzəştlərlə bağlı problem ondan ibarətdir ki, həmin sahədəki şirkətlərə subsidiyalar verilmir. Dövlət güzəştləri müəyyənləşdirən zaman sosial qrupların sayına uyğun ya subsidiya ayıra, ya da vergiləri azalda, yəni dolayı yolla bunu kompensasiya edə bilər. Əks təqdirdə özəl şirkətlər ziyana düşər.

Təbii ki, hökumət siyahını geniş müəyyən edə bilər, amma buna uyğun kompensasiya siyasəti yürütməlidir. Hər bir halda, kart sisteminə keçilən zaman sosial qruplara güzəştlərin tətbiqi çox vacibdir. Sadəcə düzgün müəyyənləşdirilməlidir – hansı qruplar pulsuz, hansılar güzəştli qiymətlərlə istifadə edə bilər”.
Ekspertin fikrincə, vahid kartın tətbiqinə keçilməsi müsbət addım olardı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə