Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan Ordusu xüsusi rejimə keçdi
Azərbaycan Ordusu xüsusi rejimə keçdi
28 İyun 2013 / 14:37 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Səfər Əbiyev bununla bağlı müvafiq əmr imzalayıb.

Azərbaycanda yay fəslində havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinində bildirilib ki, artıq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, isti yay günlərində şəxsi hərbi hissələrdə şəxsi heyət saat 11:00-dan 17:00-dək günün altında olmur, əsasən kölgəliklərdə və kazarma şəraitində saxlanılır, xidməti işlərə cəlb olunmur.

Artıq bununla bağlı hərbi hissələrə müvafiq telefonoqramlar da göndərilib. Məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, xüsusən də günvurmadan qorumaqdır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, növbəti ay Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə