Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sosial müdafiə naziri vətəndaşları qəbul edib
Sosial müdafiə naziri vətəndaşları qəbul edib
28 İyun 2013 / 15:34 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Fizuli Ələkbərov respublikanın Ağstafa rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, iyunun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov respublikanın Ağstafa rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı bölgədə yerləşən rayonların (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux) sakinlərinin, eləcə də Kəlbəcər rayonundan olan və bu bölgədə məskunlaşmış məcburi köçkünlərin, ümumilikdə 80 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.

Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə