Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müdafiə naziri xüsusi təyinatlılara müraciət etdi
Müdafiə naziri xüsusi təyinatlılara müraciət etdi
28 İyun 2013 / 20:00 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Xalqımız iki gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünü möhtəşəm hərbi paradın keçirilməsi ilə bayram etdi. Silahlı Qüvvələrin şəxsi heyətinin, müasir hərbi texnika, aviasiya və döyüş gəmilərinin iştirakı ilə keçirilən bu hərbi parad xalqımızda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qələbəyə inamı bir daha artırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri məzunlarının 13-cü buraxılışına həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim-Tədris Mərkəzi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi məzunlarının 13-cü buraxılış mərasimində müdavimləri salamlayan müdafiə naziri qeyd edib ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri müasir standartlara uyğun proqramlarla fəaliyyət göstərir:

“Son illərdə təhsil sistemi uğurlu dinamik inkişaf yolu keçib, NATO ölkələrinin hərbi təhsil sisteminə uyğunlaşdırılıb və Vətənimiz üçün yüksəkixtisaslı hərbi kadrların hazırlanmasını təmin edir. Tədris proqramları təkmilləşdirilmişdir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsil pilləsi üzrə ilk qəbul həyata keçirilmişdir. Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki bazası yüksəldilmiş, proqramlara uyğun olaraq yeni trenajorlar quraşdırılıb istifadəyə verilmişdir. Bu iş bu gün də davam etdirilir. Silahlı Qüvvələrin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində komanda-qərargah təlimlərini ən yüksək səviyyədə keçirmək məqsədilə yeni kompüter proqramı tətbiq edilməkdədir. Təhsil müəssisələrinin professor və müəllim heyəti Amerika Birləşmiş Ştatlarının, Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO-nun hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə plana uyğun şəkildə qarşılıqlı təcrübə mübadiləsi aparır. Hərbi təhsil müəssisələrinin kursantları ölkəmizdə ali məktəblər arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO üzvü və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər.”

Müdavimlərə müraciət edən nazir bildirib ki, onlar Azərbaycanın işğal edilmiş torpaqlarını azad etməyə daim hazır olmalıdırlar: “Sizin birinci vəzifəniz torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün hər an döyüşə atılmağa hazır olmaqdır. Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu məqamı hər zaman diqqətdə saxlayır. Mən xalqımızı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edirəm ki, Silahlı Qüvvələrimizin hər bir əsgəri, giziri, zabiti və generalı torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda döyüşə qalxmağa hazırdır.”

Səfər Əbiyevin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs bir borcu vardır: “Biz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızı azad etməliyik və mütləq azad edəcəyik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə