Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siyavuş Novruzov Söyün Sadıqovu bazar adamı adlandırdı
Siyavuş Novruzov Söyün Sadıqovu bazar adamı adlandırdı
28 İyun 2013 / 18:02 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Azerros”un keçmiş prezidenti, Rusiya Milli Birlik Partiyasının təsisçisi Söyün Sadıqovu bazar adamı adlandırıb. Novruzov jurnalistlərə açıqlamasında deyib ki, Söyün Sadıqov sırf bazar adamıdır, sadəcə bazar, kababçılıq və sair belə işlərlə məşğul olan adamdır: “Ümumiyyətlə, Söyün Sadıqovun Azərbaycanda seçkilərlə bağlı şərhləri çox savadsız üslubdadır”.

Novruzov bildirib ki, Sadıqovun əsas marağı aranı qarışdırmaqdır: “Özü hərdən bir gedir Gürcüstana, orada da aranı qarışdırmaq istəyir və sair. O, bir sözlə, Rusiya hakimiyyətinə yarınmaq istəyir ki, öz biznes şəbəkəsini genişləndirsin, biznesinin toxunulmazlığı üçün hansısa bir dəstək əldə etsin”.

Novruzov onu da əlavə edib ki, Sadıqov Azərbaycan vətəndaşı deyil və Azərbaycanda bir dəfə də olmayıb: “O, Azərbaycan haqqında nə düşünə bilər və nə danışa bilər? Bu baxımdan da onun ətrafında olan 5-6 bazar adamının arasında hörməti ola bilər. O, nə Azərbaycanda, nə də Gürcüstanda hansısa bir hörmətə layiq olan adam deyil”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə