Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hüseyn Abdullayevin adı interpolun səhifəsində
Hüseyn Abdullayevin adı interpolun səhifəsində
28 İyun 2013 / 19:15 / Baxış sayı: 72
Font1 Font2 Font3 Font4

46 yaşlı H.Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunur. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən sabiq millət vəkili Hüseyn Abdullayevlə bağlı məlumatlar İnterpolun saytında yerləşdirilib.arxiv.bizimxeber.az İnterpolun saytına istinadən verdiyi məlumata görə, 46 yaşlı H.Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunur.

Qeyd edək ki, iyunun 26-da millət vəkili Hüseyn Abdullayevin dövlətlər arası və beynəlxalq axtarışa verilməsi barədə məlumat yayıb. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda H. Abdullayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, Hüseyn Abdullayev bundan əvvəl 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F. Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə