Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakcell niyə yandı?
Bakcell niyə yandı?
28 İyun 2013 / 20:10 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Şirkət ofisində baş vermiş yanğınla bağlı açıqlama yayıb

Bakcell bildirir ki, iyunun 27-də axşam saatlarında Bakcell şirkətinin ofislərindən birində yanğın hadisəsi baş verib. Bakcell-in Həsən Əliyev küç 131 ünvanında çalışan əməkdaşları dərhal evakuasiya olunub və xəsarət alan olmayıb. Şirkətin baş texniki direktoru Yigit Bertkaş bildirib: “Daxili prosedurlara uyğun olaraq, yanğın baş verən kimi, Təhlükəsizlik xidməti tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və 70-ə yaxən şirkət əməkdaşı bir neçə dəqiqə ərzində evakuasiya olunub. Yanğın evakuasiya planlarına tam riayət olunaraq xəsarətlərin qarşısını almaq mümkün oldu”.

Yanğın binanın ikinci mərtəbəsində baş verib və yanğınsöndürənlər artıq bir neçə dəqiqədən sonra hadisə yerinə çataraq yanğının genişlənməsinin qarşısını alıb və yanğın söndürülüb. Hazırda hadisə yerində təmizlik işləri aparılır. Hadisə nəticəsində Şirkətin Məlumat (zəng) Mərkəzinin yerləşdiyi ofisin təxminən 255 kv.m-lik sahəsi yanıb. Bu cür hallar üçün nəzərdə tutulmuş plan və prosedurlara muvafiq olaraq, Məlumat (zəng) Mərkəzi operativ surətdə ehtiyyat ofis binasına köçürülüb.

Yanğının digər sahələrə keçməsinə imkan verilməyib və ofisdə yerləşən əsas telekommunikasiya və şəbəkə avadanlıqlarına heç bir ciddi ziyan dəyməyib. Buna görə yanğının Bakcell müştərilərinə təsiri olmayıb, sahədə quraşdırılmış avadanlıq tam olaraq işlək vəziyyətdə saxlanılıb və plana uyğun olaraq qorunub. Bakcell-in Məlumat Mərkəzinin personalı yalnız digər ofisə köçməsi zamanı qısa müddət ərzində zəngləri qəbul edə bilməyib. Yanğının günün ən sakit vaxtına təsаdüf еtməsi nəticəsində, Məlumat Mərkəzinə həmin müddət daxil olmuş bütün zənglər Bakcell-in İVR sistemi vasitəsilə qəbul olunub və Məlumat Mərkəzinin işi təxminən 70 dəqiqədən sonra tam bərpa edilib.

İkin araşdırmalar nəticəsində məlum olub ki, yanğına səbəb yaranan qısaqapanma olub. Hazırda hadisə ilə bağlı ətraflı araşdırma aparılır.

“Yanğından və dəymiş zərərdən təəssüflənməklə yanaşı, daxili prosedurlarımızın lazımi qaydada işləməsindən və hadisə nəticəsində heç kəsin xəsarət almaması faktından məmnunuq. Yanğın abunəçilərimizə və şəbəkəyə təsir etməyib və Məlumat Mərkəzinin işi əməkdaşlarımız tərəfindən dərhal bərpa olunubi. Hər kəs öz işini mükəmməl şəkildə yerinə yetirib. Təcili reaksiya, peşəkarlıq, yanğının genişlənməsinin qarşısının alınması və tez bir zamanda söndürülməsinə görə Yanğından Mühafizə Xidmətinə dərin təşəkkürümüzü bildiririk. Həmçinin, fövqladə vəziyyət zamanı göstərdikləri diqqət və peşəkarlığa görə və müştərilərimizi düşünərək Məlumat Mərkəzinin işini təcili olaraq bərpa etdiklərinə görə Bakcell əməkdaşlarına təşəkkürümü bildirirəm. Təmizlik işlərinə bu gün başlanır və Bakcell şirkəti hər zaman olduğu kimi, öz müştərilərini Azərbaycanda ən mükəmməl rabitə xidmətləri ilə təmin etməyə davam edəcək” deyə, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə