Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş nazir İlham Əliyevlə görüşüb
Keçmiş nazir İlham Əliyevlə görüşüb
28 İyun 2013 / 20:16 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Görüşdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb

Prezident İlham Əliyev Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, İlham Əliyevin Brüsselə səfəri və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsinə dair Avropa İttifaqının rəhbərləri ilə apardığı səmərəli müzakirələrin önəmli olduğu qeyd edilib.

Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığı genişləndirməyin əhəmiyyəti vurğulanıb, Franko Frattinin ölkəmizə səfərinin bu əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı, həmçinin Avropanın bəzi qurumlarının, o cümlədən Avropa Xalq Partiyasının bəzi nümayəndələrinin Azərbaycanda gedən inkişaf prosesləri ilə əlaqədar həqiqətə uyğun olmayan qeyri-obyektiv mövqe nümayiş etdirmələrinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət etmədiyi vurğulanaraq bu məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə