Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçalanı kim idarə edir – İsmayıl Vəliyev yoxsa…?
Neftçalanı kim idarə edir – İsmayıl Vəliyev yoxsa…?
17 Fevral 2014 / 15:00 / Baxış sayı: 150
Font1 Font2 Font3 Font4

Ölkənin iqtisadi qüdrəti artdıqca, regionların sosial-iqtisadi inkişafı da davamlı şəkil alır. Məhz bu məqsədlə dövlət başçısı müqtəmadi olaraq ayrı-ayrı rayonların sosial inkişafının sürətləndirilməsi üçün vəsait ayırır. Təəssüf hissi ilə demək lazımdır ki, bu vəsaitlər bəzən lazımi istiqamətə yönəldilmir, bir şox hallarda isə yerli icra hamkimiyyəti başçılarının korrupsiya əməllərinin güdazına gedir. Bunu müəyyən etmək üçün Azərbaycanın bölgələrinə nəzər yetirmək kifayətdir. Hansı rayonun hansı vəziyyətdə olmasına baxmaqla, həmin rayona ayrılan pulların təyinatını rahat şəkildə müəyyən etmək olar.

Biri getdi, yerinə ondan betəri gəldi

Dövlət vəsaitini istədiyi kimi xərcləyən rayonlardan biri də Neftçala rayonu və onun rəhbərliyidir. 2006-2011-ci illərdə rayonda icra başçısı olan Taleh Qaraşovun hansı “xidmətləri” olduğunu yerli əhali çox yaxşı xatırlayır. Təsadüfi deyil ki, 2001-ci ilin 26 aprelində İsmayıl Vəliyevin Neftçalaya icra başçısı təyin edilməsi barədə prezidentin sərəncamı yerli əhalidə ümid yaratdı. Uzun illər yarıtmaz başçılardan əziyyət çəkən, inkişafdan çox geri qalan rayona nəhayət insaflı və iş görə biləcək birinin təyin edilməsinə inanan neftçalalılar 2 il müddətində hansı illüziyalara qapıldıqlarını anladılar.

Sahibkarlar pərən-pərən salındı

Bizixmeber.az-ın rayona ezam edilmiş əməkdaşının məlumatına görə, başçının iki illik rəhbərlik dövründən razı qalmayan sakinlərin əsas narazılığı prezident tərəfindən rayona ayrılan vəsaitlərin təyinatdan kənar xərclənməsidir. Qeyd edək ki, ölkə rəhbəri son iki il ərzində rayonun sosial inkişafının sürətləndirilməsi üçün 7 milyon manat vəsait ayırıb. Bu məbləğlə rayonu Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək olardı. Lakin bu vəsaitlə rayonda uzun müddətdir yığılıb qalan problemləri həll etmək mümkün olmayıb.

Belə ki, icra başçısı başda olmaqla bəzi idarə müdirləri həmin vəsaitin sərf edilməsində qanun pozuntularına yol veriblər. İsmayıl Vəliyev işlədiyi iki il ərzində Neftçalanı daha da acınacaqlı vəziyyətə salıb. Qonşu rayonlarla müqayisədə Neftçala çox geridə qalır. Bakıya ən yaxın rayonlardan biri olmasına baxmayaraq, bura ucqar kəndlərdən heç nə ilə fərqlənmir. Rayonun mərkəzi və kənd yolları xarabalığı xatırladır.

Prezidentin göstərdiyi etimadı doğrultmaq üçün təşəbbüs göstərməyən Vəliyev qeyri-qanuni əməllərdən istifadə edərək sadə vətəndaşlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə də göz açmağa imkan vermir. Hətta rayonda dəfələrlə sahibkarlala başçı arasında qalmaqal da yaranıb. O zaman İsmayıl Vəliyev aranın sakitləşməsi üçün sahibkarın ayağına gedib, onlarla görüşüb və kifayət qədər yağlı vədlər verib. Ancaq vəziyyətdən cəzasız qurtardığını görəndən sonra həmin sahibkarları rayondan pərən-pərən saldı. Çünki başçı dövlət tərəfindən pul ayrılan işlərin görülməsi üçün qeyri-qanuni olaraq sahibkarları cəlb edir, büdcədən işlərin görülməsi üçün ayrılan vəsait isə mənimsənilir.

Yeri gəlmişkən, hazırda rayonda “təmir tikinti” işləri gedir. Bu işlərə başçının adamı kimi tanınan Rafiq adlı şəxs nəzarət edir.  

İndi rayonda Rafiqi icra başçısı statusunda görürlər. Problemi olan Rafiqi tapır, dərdini ona deyir. Rafiq isə onları yola verir, həll edəcəyini deyir. Əslən Gəncədən olan Rafiq adlı bu şəxs rayondakı bütün topdansatış sahibləri ilə dil taparaq rayona ayrılan qum, sment və diğər avadanlıqları bu mağazalarda satdırır. Bir sözlə, rayonu İsmayıl Vəliyev yox, Rafiq adlı bu şəxs idarə edir. Hazırda köhnə avtovağzal uğrunda böyük savaş gedir.  

Bu barədə yaxın günlərdə daha dəqiq məlumatlar verəcəyik.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev sonuncu müşavirədə Neftçalanın icra başçısına sonuncu xəıbərdarlıq edib və problemlərin tezliklə həll olunmasını göstəriş verib. 

Bazara sahiblənən korrupsiya

Neftçalanın ən böyük bazarı da başçının və ya onun yaxın adamlarının əlindədir. O, sahibkarları məcbur edir ki, burdan yer götürüb işlətsinlər. Lakin yerli sahibkarlar bu bazarda fəaliyyət göstərmək istəmirlər. Prezident televiziya vasitəsi ilə bütün icra başçılarını, məmurları hədələdi ki, sahibkarları başqa işlərə cəlb etməsinlər. İ.Vəliyev isə prezidentin tənqidlərindən özü üçün dərs götürmür.

Əməkdaşımızın verdiyi məlumata görə, bürokratiya, korrupsiya kimi əməllər artıq Neftçalada adi hal alıb, həyat tərzinə çevrilib. Yerli sakinlərin ən yaralı yeri isə yollardır.

Qeyd edək ki, 2011-ci ildə rayonun mərkəzi və iki qəsəbənin daxili yollarının təmiri üçün büdcədən pul ayrılıb. Maraqlıdır ki, bu günə qədər həmin vəsaitin hara xərclənməsi barədə məlumat yoxdur. Təmiri nəzərdə tutulan yollar bu gün də bərbad haldadır. Gözə görünən yeganə iş isə İsmayıl Vəliyevin özünün oturduğu İcra Hakimiyyətinin binasıdır və hələ də tukintisi yarımçıq qalan Bayraq meydanı….

Bir sozlə, Neftçalada problemləri saymaqla bitməz. Bütün problemlərin başında isə rayon rəhbərliyi, onların “zəhməti”, fəaliyyətsizliyi, daha doğrusu yarıtmaz fəaliyyəti durur.

Neftçalalılar da ölkə rəhbərliyinin bu rayonda baş verənlərə nəhayət “dur” deyəcəyi günü gözləyirlər. Əks halda, bu gedişlə rayonda heç kim qalmayacaq. Həyat üçün vacib elementlərin olmadığı bir məkanda zülm və zillətlə, qorxu və təzyiq altında yaşamaq artıq onları bezdirib.

Toğrul
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə