Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş nazir “Demokratikləşmə paketi”ni elan etdi
Baş nazir “Demokratikləşmə paketi”ni elan etdi
01 Oktyabr 2013 / 9:21 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Türkiyə hökumətinin milli və dini azlıqlara yönəlik açılım sənədi bir sıra siyasi islahatları nəzərdə tutur
Sentyabrın 30-da Türkiyə hökuməti çoxdan gözlənilən “Demokratikləşmə paketi” adlandırılan sənədi elan edib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın özünün açıqladığı sənəd Türkiyə siyasətinin və cəmiyyətinin bütün tərəflərini əhatə edən geniş təkliflər paketindən ibarətdir. Baş nazir bildirib ki, yeni paketdə nəzərdə tutulan islahatların bir qismi qanunların dəyişdirilməsi ilə, bir qismi isə idarəçilik üsullarında dəyişiklik olunması ilə tətbiq olunacaq.
Qeyd edək ki, Türkiyədə hökumətin uzun müddətdir üzərində çalışdığı bu layihə kürd azlığı, eyni zamanda ələvilər və digər milli və dini azlıqlarla bağlı islahatları nəzərdə tuturdu. Ancaq baş nazirin müavini Bəşir Atalayın rəhbərlik etdiyi komissiyanın hazırladığı paket eyni zamanda siyasi islahatları nəzərdə tutur. Bir çox müşahidəçilərə görə, yeni təkliflər paketi həm də AKP hökumətinin gələcək fəaliyyəti ilə birbaşa bağlıdır və Ərdoğanın 2014-cü il seçkilərində partiyasının imkanlarını daha da genişləndirməyə hesablanıb.
Beləliklə, “Demokratikləşmə paketi” ilk olaraq siyasi və seçki islahatları ilə başlayır. Hökumət paketdə seçki baryerinin 10 faiz olaraq qala biləcəyi, yaxud da 5 faizə endirilməklə 5-lik seçki qruplarına keçidlə sıxılmış seçki bölgəsi formatına keçidi təklif edir. Beşinci təklif isə seçki baryerinin qaldırılıb ölkədə birmandatlı dairələrin formalaşdırılmasıdır. Hökumətin daha bir təklifi partiyalara dövlət yardımının artırılmasını nəzərdə tutur. Belə ki, təklifə əsasən dövlət yardımı almaq üçün tələb olunan 7 faizlik səs tələbi 3 faizə endirilir. Təkliflərdə yerlərdə partiya və təşkilat yaratmaqla bağlı imkan yaradılması nəzərdə tutulur. Yəni daha əvvəl mövcud olan vilayət bələdiyyələrinin ən azı yarısında təşkilat qurmaqla bağlı tələblər qüvvədən düşəcək. Bundan başqa siyasi partiyalara həmsədr institutu qurulmasına imkan yaradılacaq. Eyni zamanda siyasi partiyalara üzvlüklə bağlı bəzi qanuni əngəllər aradan qaldırılır və səs vermək hüququ olan hər kəs partiya üzvü ola biləcək. Bundan başqa siyasi partiyalara fərqli dillərdə siyasi təbliğat aparmaq hüququ tanınacaq.
“Demokratikləşmə paketində” daha bir təklifin nifrət cinayəti ilə bağlı cəzaların sərtləşdirilməsi ilə bağlıdır. Belə ki, yeni təkliflərə əsasən irqi, milli, dini, cinsi, siyasi düşüncə fərqliliyi ilə bağlı işlənən cinayətlərə görə cəzalar ağırlaşacaq, həbs müddəti 1 ildən 3 ilədək artırılacaq. Bundan başqa mitinq və yürüş hüquqları ilə bağlı da islahatlar təklif olunub. Buna qədər açıq havada aksiyaların gün batmasına bir saat qalmasına qədər, qapalı meydanlarda isə saat 23-ə qədər icazə verilirdisə yeni paket bu müddəti bir saat daha da uzadacaq.
Baş nazir bildirib ki, Türkiyə hökuməti özəl məktəblərdə fərqli dil və ləhcələrdə təhsilə icazə verməyə hazırlaşır. Eyni zamanda paketdə kənd və qəsəbələrin adlarının dəyişdirilməsi asanlaşdırılır. Daha bir islahat təklifi Nevşehir Universitetinin adının Hacı Bektaş Vəli Universiteti adlandırılması ilə bağlıdır.
Qeyd edək ki, Türkiyə hökumətinin təkliflər paketində ələvi camaatına yönəlik daha bir neçə addımların atılması da nəzərə alınıb. Bundan başqa hökuməti vətəndaşların şəxsi məlumatlarının dövlətin qorunması altına alınmasını və əlaqəsi olmayan şəxslərin bu məlumatlardan istifadəsinin qarşısının alınmasını nəzərdə tutur. Eyni zamanda yeni təkliflər yardım toplamaqla bağlı qaydaları xeyli yumşaltmağı nəzərdə tutur.
Paketin ən mühüm məqamlarından biri baş örtüyü qadağasının aradan qaldırılması təklifidi. İctimai qurum və quruluşlarda çalışan qadınlara baş örtüyü ilə bağlı qadağalar aradan qaldırılır. Bu qadağa yalnız rəsmi geyimi olan ordu, polis, məhkəmə və prokurorluq orqanlarına aid olmayacaq.
Bundan başqa Türkiyədə 1933-cü ildən tətbiq olunan “şagird andı” yeni paketdə ortadan qaldırılır.
Qeyd edək ki, ötən il orta məktəblərdə qaldırılan and dəyişikliklərdən sonra ibtidai məktəblərdə də deyilməyəcək. Bundan başqa süryanilərə aid monastrın onlara qaytarılması, Roman (qaraçı) Dili və Mədəniyyəti İnstitutunun yaradılması planlaşdırılır. Eyni zamanda hökumətin qaraçılara yönəlik bir sıra planlarının, həmçinin qaraçılara yeni yaşayış binalarının tikilməsi təkliflərinin olduğu qeyd edilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə