Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Leyla və Arzu Əliyevalar uşaqların yanında – FOTOLAR
Leyla və Arzu Əliyevalar uşaqların yanında – FOTOLAR
01 Oktyabr 2013 / 10:35 / Baxış sayı: 344
Font1 Font2 Font3 Font4

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sentyabrın 30-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar.

arxiv.bizimxeber.az-ın məlumatına görə, L. Əliyeva və A. Əliyeva əvvəlcə 12 nömrəli xüsusi internat məktəbində olublar.

Bildirilib ki, 1969-cu ildən fəaliyyət göstərən məktəbdə beyin iflici əlaməti olan uşaqlar təhsil alırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məktəbdə 2010-cu ildə əsaslı təmir işləri aparılıb. Burada respublikanın bütün bölgələrindən 6-14 yaş arasında 141 uşaq təhsil alır. Onlar daim həkim, psixoloq və loqoped nəzarətindədirlər.

Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim olunub.

Sonra L. Əliyeva və A. Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsinə gəliblər.

Onlar uşaqlarla söhbət edib, yaşayış şəraiti ilə maraqlanıblar, uşaqların rəqslərinə tamaşa ediblər.

Məlumat verilib ki, düşərgədə 2013-cü ildə əsaslı təmir işləri aparılıb.

L. Əliyeva və A. Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində də olublar.

Məlumat verilib ki, 1930-cu ildə inşa edilən binada 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Onlar valideyn himayəsindən məhrum uşaqlarla görüşüb, söhbət ediblər.

Qeyd olunub ki, burada 3 yaşa qədər 39 uşaq böyüyür.

Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

L. Əliyeva və A. Əliyeva Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evində də olublar.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulan bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 103 uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.

Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim edilib.

Daha sonra L. Əliyeva və A. Əliyeva Cənubi Qafqazda ilk dəfə yaradılan Daun Sindromlu Şəxslərin Assosiasiyasında da olublar.

Bildirilib ki, Assosiasiyanın əsas məqsədi daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasıdır.

Məlumat verilib ki, 96 uşaq və yeniyetmə burada öz vaxtlarını səmərəli keçirmək imkanına malikdir. Assosiasiyanın nəzdində “Dəcəllər” teatrı, rəqs, rəsm dərnəkləri, aşpazlıq məktəbi də fəaliyyət göstərir.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaxın zamanlarda Nizami rayonu ərazisində Daun Sindromlu Şəxslərin Assosiasiyasının yeni binası istifadəyə veriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə