Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

18 yaşlı oğlan zorlandı-ŞOK
18 yaşlı oğlan zorlandı-ŞOK
01 Oktyabr 2013 / 11:03 / Baxış sayı: 84
Font1 Font2 Font3 Font4

Cəlilabad rayon Təzəkənd kəndində yaşayan Nuraliyevlər ailəsinin 18 yaşlı oğlan övladı Cavid Nuralıyevin həmkəndliləri tərəfindən cinsi təcavüzə məruz qaldığı bildirilir. Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, mövcud fakt iki il əvvəl baş verib. 18 yaşlı gəncin valideynləri iddia edirlər ki, onlarla qonşuluqda yaşayan 33 yaşlı Xəyal Hacıyev Cavidi həyətlərindəki ərzaq dükanında zorlayıb və həmin hadisəni mobil telefonunun yaddaşına köçürüb. Sonradan Xəyal Hacıyev Cavidi telefondakı görüntüləri internetdə yayacağı ilə hədələyərək, onların həyətindəki dükandan gizlincə xeyli sayda telefon danışıq kartı və pul alıb. Bu il avqustun 9-da Cavidin qarşı tərəfin telefonunda olan intim görüntüləri yayıldıqdan sonra uşağın valideynləri hadisədən xəbərdar olublar. İntim münasibətlər qalmaqalında adı ilk məlum olan Elbrus Nuralıyev tutduğu əməlini etiraf etsə də o, bu işdə tək olmadığını bildirib.

Məlum olub ki, Elbrus Nuralıyev və digər şəxslər iki il imiş ki, o zaman hələ 16 yaşı olan gənclə davamlı intim münasibətdə olublar. Faktın 2 ilə yaxın gizli qalmasına səbəb isə bu şəxslərin daima Cavidi şantaj edəcəkləri ilə hədələmələri olub. Hadisə ilə bağlı polisə edilmiş müraciət əsasında intim münasibətdə adı hallanan Elbrus Nuralıyev həbs olunub. İndi ailəni narahat edən digər şəxslərin azadlıqda olmasıdır.

Hadisənin üstü açıldıqdan sonra təcavüzə məruz qalmış gənc yaşadığı kəndi tərk edərək paytaxta gedib. Ailə psixoloji travma yaşadığı üçün gəncin öz sağlamlığına xəsarət yetirəcəyindən də narahatdır.

Zorlanmış uşağın anası Şəfiqə Nuralıyeva: “İndi uşaq deyir ki, ana, onsuz da mən özümü öldürəcəm. Mənim balam cəmiyyət içinə çıxa bilmir, mən də anayam, o da yekə oğuldur”.

Baş vermiş hadisə ilə əlaqədar CM-nin 182.1 (hədə-qorxu yolu ilə pul tələbetmə) maddəsi ilə cinayət işini başlanıb.

Aparılmış istintaq zamanı müəyyən edilib ki, Nuralıyev Elbrus Bəybala oğlu könüllülük əsasında cinsi əlaqədə olduğu həmkəndlisi Nuralıyev Cavid Ağabəy oğlunu 2011-ci ilin sentyabr ayından 2013-cü ilin sentyabr ayınadək olan müddət ərzində barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, müxtəlif vaxtlarda ondan 400 manat dəyərində telefon danışıq kartı və 300 manat nağd pulunu ələ keçirib.

Hələlik cinayət işi yekunlaşmayıb, araşdırmaların gedişindən asılı olaraq hadisədə adları hallanan digər şəxslərin də istintaqa cəlb edilməsi və cinayət işinə yeni maddənin əlavə olunması da istisna edilmir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə