Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

30 dərəcə isti olacaq
30 dərəcə isti olacaq
01 Oktyabr 2013 / 10:59 / Baxış sayı: 94
Font1 Font2 Font3 Font4

Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən artacaq, havanın temperaturu bəzi yerlərdə 30 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəviskən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz küləyin sürəti arabir 16-20 m/s, yarımadanın bəzi yerlərində 23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 16-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Oktyabrn 3-də havanın dəyiskən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 16-18 m/s olacaq. Axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18 m/s olacaq. Havanın temperaturunun gecə 16-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 3-də axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Mərkəzi-Aran rayonlarında havanın temperaturunun gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə