Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BŞİH Milli Şuraya cavab verdi
BŞİH Milli Şuraya cavab verdi
01 Oktyabr 2013 / 11:03 / Baxış sayı: 64
Font1 Font2 Font3 Font4

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin oktyabrın 6-da  keçiriləcək növbəti görüş-mitinqi ilə bağlı quruma telefonla cavab verib.

Meriya bu görüşün oktyabrın 5-də keçirilməsini təklif edib. arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə məlumat verən Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev İcra Hakimiyətinin təklifini qəbul etdiklərin bildirib: “Bizə telefonla dedilər ki, oktyabrın 6-da həmin ərazidə başqa mitinq olacaq. Siz də mitinqinizi bir gün əvvələ çəkin. Bu təkliflə razılaşdıq, amma bazar günü kimin mitinq keçirəcəyini demirlər”.

Beləliklə, Milli Şura növbəti mitinqini oktyabrın 5-də saat 16:00-dan 18:00-dək metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı  “Məhsul” idman-sağlamlıq kompleksinin stadionunda keçirəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə