Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Belarusun Azərbaycandakı səfirliyindən Cəmil Həsənliyə etiraz
Belarusun Azərbaycandakı səfirliyindən Cəmil Həsənliyə etiraz
01 Oktyabr 2013 / 11:06 / Baxış sayı: 78
Font1 Font2 Font3 Font4

Belarusun Azərbaycandakı səfirliyi açıqlama yayıb.

AzərTAc-ın məlumatına görə, açıqlamada deyilir ki, müxalif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Azərbaycandan Belarusa 1 faiz dərəcəsi ilə kredit verilməsi barədə bəyanatı həqiqətə uyğun deyil: “Hazırda Belarus hökumətinin Azərbaycan hökuməti qarşısında borc öhdəliyi yoxdur. Maliyyə-kredit sahəsində iki ölkənin təsərrüfat subyektləri arasında münasibətlər sırf bazar prinsipləri əsasında qurulur”.

Xatırladaq ki, sentyabrın 28-də İctimai Televiziyadakı debatda çıxış edən Cəmil Həsənli belə bir bəyanat verib: “Ölkədə bank talançılığı gedir. Azərbaycanda elə bir ailə yoxdur ki, bankların əsarətinə, bankların asılılığına düşməsin. Baxın, bunlar Belarusa krediti 1 faizə, Azərbaycan vətəndaşına 25-33 faizə verirlər. Bu gün o kreditləri, o faizləri qaytara bilməyən adamlar çıxış yolunu intiharda görürlər. Biz artıq neçə rayondan bu tipli məlumatlar almışıq. Nə üçün bank kreditləri yüksəkdir? Ona görə ki, demək olar, 10 bankdan yeddisi prezident ailəsinə məxsusdur. Bu illik faizləri qoyan məhz bunlardır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə