Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Qaralov: “… görünür ki, Milli Şura bəzi qanunazidd hərəkətlər planlaşdırır”
Zakir Qaralov: “… görünür ki, Milli Şura bəzi qanunazidd hərəkətlər planlaşdırır”
01 Oktyabr 2013 / 11:13 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

“El” Hərəkatı Ali Məclisinin sədr müavini Əflan İbrahimovun ifadəsi əsasında aparılan araşdırma davam edir.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib: “Onu bildirmək istəyirəm ki, bu gün seçki prosesi davam edir. Bütün namizədlər üçün lazımi şərait yaradılıb. İstənilən namizəd seçicilərlə görüşür. Əflan İbrahimovun ərizəsindən və təqdim etdiyi bəzi sənədlərdən görünür ki, Milli Şura tərəfindən seçki öncəsi və seçkidən sonra bəzi qanunazidd hərəkətlərin planlaşdırılması nəzərdə tutulur. Biz də bu araşdırmanı çox ciddi şəkildə davam etdiririk. Hamı bilməlidir ki, hər hansı qanunsuz hərəkət baş versə, qanunun gücü ilə onun qarşısı alınacaq”.

Xatırladaq ki, Əflan İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

arxiv.bizimxeber.az



Zakir Qaralov: “… görünür ki, Milli Şura bəzi qanunazidd hərəkətlər planlaşdırır” yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə