Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu il korrupsiya ilə bağlı 21 cinayət işi başlanılıb
Bu il korrupsiya ilə bağlı 21 cinayət işi başlanılıb
01 Oktyabr 2013 / 11:54 / Baxış sayı: 76
Font1 Font2 Font3 Font4

Bu ilin ilk 9 ayında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə 3853 müraciət daxil olub.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Baş Prokuror bildirib ki, idarədə araşdırılmış 302 müraciətdən 21-i üzrə cinayət işi başlanılıb.

Bundan başqa, cari ilin 9 ayı ərzində idarə tərəfindən rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 251 şəxs barəsində 138 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Cari ilin ötən dövrü ərzində idarə tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanılıb.

İstintaq dövründə fiziki və hüquqi şəxslərə vurulmuş 14.0 milyon 500.0 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə