Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirin qohumu hər ay 30 min manatı necə toplayır?- EKSKLÜZİV
Nazirin qohumu hər ay 30 min manatı necə toplayır?- EKSKLÜZİV
01 Oktyabr 2013 / 14:34 / Baxış sayı: 350
Font1 Font2 Font3 Font4

Dünən arxiv.bizimxeber.az Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayevin hər ay Kənd Təsərrüfatı naziri İsmət Abbasova 30 min manat pul verməsi barədə məlumat yaymışdı. Məlumatı verən mənbə qeyd edirdi ki, bu pullar əsasən paytaxta fəaliyyət göstərən ət dükanlarından yığılır.

Məlumata görə, Bakı şəhərində kəsilən heyvanlar baytarlıq idarəsinin yoxlamasından keçirilmir, paytaxtın rayonlarında idarənin bu işlə məşğul olan xüsusi nümayəndələri olsa da, satıcılara saxta sağlamlıq arayışı verilir və bunu müqabilində külli miqdarda pul yığılır.

Xəbəri arxiv.bizimxeber.az-a verən mənbənin sözlərinə görə, məhz bu yolla, yəni yoxlamadan kənar kəsilən heyvanlara görə, toplanan vəsaitdən hər ayın sonunda nazir İsmət Abbasova 30 min manat çatır.

siyaleBu gün aldığımız məlumata görə isə toplanan pullar İsmət Abbasova Bakı şəhər Baytarlıq İdarəsində rəis müavini işləyən Cavid adlı şəxs vasitəsilə çatdırılır. Bu şəxs İsmət Abbasovun qhumudur, bir az da dəqiqləşdirsək baldızının oğludur. Belə ki, bütün pul məsələlərinə Cavid müəllim nəzarət edir.

Digər bir məlumatda isə bildirilir ki, Cavid,  Şahmar Abdullayelə birləşərək  Respublika Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın yerinə keçmək üçün çalışır. Hətta onun öz yaxın ətrafına daim bu barədə danışdığı və arzusunun tezliklə reallaşacağı deyilir.

Məsələ burasındadır ki, Sialə Rüstəmovanın da işində xeyli nöqsanlar var. Məhz bu səbəbdən də son vaxtlar onun demək olar ki, bütün səlahiyyətləri əlindən alınıb. Artıq onun öz vəzifəsini formal daşıdığı bildirilir. Xidmətin bütün işlərinə isə Cavid rəhbərlik edir.

Qeyd edək ki, Bakıya kəsilmək üçün heyvanlar əsasən Bərdə rayonundan gətirilir və onların da əksəriyyətində xəstəlik olur. Təəssüf ki, nəzarətin olmaması paytaxt sakinlərinin xəstə heyvan əti yeməsinə, Baytarlıq İdarəsi və nazirin isə varlanmasına səbəb olur.

arxiv.bizimxeber.az



Nazirin qohumu hər ay 30 min manatı necə toplayır?- EKSKLÜZİV yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə