Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya bu narkobaronu axtarır
Rusiya bu narkobaronu axtarır
01 Oktyabr 2013 / 14:51 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Rusiya hüquq-mühafizə orqanları Rusiyadan keçməklə Avropa və Afrikaya Kolumbiyadan kokain daşınması ilə məşğul olan narkobaron Oleq Titovu axtarır.

arxiv.bizimxeber.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya polisi Oleq Titovun yeri barədə məlumat verən şəxsə 1 milyon rubl vəd edib.

Oleq Titovun MDB ölkələrində gizləndiyini ehtimal edir. Əsas diqqət hazırda Ukraynaya yönəlib.

Qeyd edək ki, narkokartelin ifşa edilməsində və Leo Frensis Morqan başda olmaqla, bir neçə aparıcı üzvünün həbs edilməsində Rusiya, Panama və Böyük Britaniya hüquq-mühafizə orqanları birgə çalışıb. Cinayətkar şəbəkənin üzvləri 18 ildən 22 ilə qədər azadlıqdan məhrum ediliblər. Leo Frensis Morqan Panama məhkəməsi tərəfindən 24 il azadlıqdan məhrum edilib. Oleq Titov isə Leo Frensis Morqanın “sağ əli” və mühasibi olub. Narkokartelin lideri və bir sıra aparıcı simaları həbs edilsə də, Oleq Titovun dünyadakı cinayətkar qruplarla geniş əlaqəsi var. O, hazırda dünyadakı narkotik vasitə dövriyyəsinin təşkilində əsas rol oynayan şəxslərdən sayılır. Oleq Titov “İnterpol” xətti ilə də uzun müddət axtarılıb. Sonradan onun saxta sənədlərlə Makyeyevka şəhərində bir neçə il yaşadığı, hətta ailə qurmağa da macal tapdığı üzə çıxıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə