Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fransa erməniləri Sərkisyana qarşı oturaq aksiyaya başlayır
Fransa erməniləri Sərkisyana qarşı oturaq aksiyaya başlayır
01 Oktyabr 2013 / 14:47 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Ermənistan prezidenti Serj Sərkisyanın Fransaya işgüzar səfəri bu ölkədəki erməni icmasının etirazları ilə müşayiət olunacaq.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Fransadakı erməni icmasının nümayəndələri Sərkisyana etiraz olaraq üç gün ərzində – oktyabrın 2-dən 4-dək oturaq etiraz aksiyası keçirəcəklər.

Fransadakı erməni ictimai xadim və jurnalist Lilit Simonyan bildirib ki, erməni icmasının siyasi dairələri prezident Sərkisyanın MDB Gömrük İttifaqına qoşulmaq qərarından narazıdır və etiraz aksiyası bununla bağlıdır.

Sabah – oktyabrın 2-də Sərkisyan Strasburqda AŞ PA sessiyasında çıxış edəcək və Avropa Şurasının rəhbərliyi ilə görüşəcək. Daha sonra onun Parisdə, Yelisey sarayında Fransa prezidenti Fransua Olandla görüşü planlaşdırılıb. Ermənilərin Yelisey sarayı qarşısında da piket keçirəcəkləri bildirilir.

L.Simonyan bildirib ki, onun məlumatına görə, Sərkisyan Fransa prezidentini İrəvana səfərə dəvət edib. Ancaq Fransua Oland bu dəvəti qəbul etməyib və Sərkisyanın özünü Parisə dəvət edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə