Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əlikram Hümbətovun şəklini yandırdılar
Əlikram Hümbətovun şəklini yandırdılar
01 Oktyabr 2013 / 15:05 / Baxış sayı: 88
Font1 Font2 Font3 Font4

Bu gün separatçı Əlikram Hümbətovun İrəvana və Dağlıq Qarabağa səfərinə etiraz etmək üçün tədbir keçirilib.

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) tərəfindən təşkil olunan tədbirdə separatçı Əlikram Hümbətovun bu əməli pislənib və onun vətən xaini olduğu bildirilib.

Tədbiri giriş sözü ilə açan DADP sədri Fatma Əliyeva separatçı Əlikram Hümbətovun bu əməlini pisləyərək qeyd edib ki, o, kimlər tərəfindənsə alət kimi istifadə olunur: “Əlikram Hümbətov və ondan istifadə edənlər bilməlidirlər ki, bu cür çirkin işlərlə Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan qüdrətli, sabit inkişaf edən ölkədir və Əlikram kimi xainlərin oyuncaq kimi istifadə edilməsi Azərbaycanın sabit həyatına heç bir təsir göstərə bilməz”.

Tədbirdə iştirak edən talışlar da Əlikram Hümbətovun talış xalqı adından danışmasına qəti etiraz edib və onun əməllərini pisləyiblər:

“Talış xalqından heç zaman xain çıxmayıb və Əlikram Hümbətov heç zaman talışarın adından danışmasın, o bizim üçün ölüb. Biz, Azərbaycanda yaşayan talışlar bəyan edirik ki, Əlikram Hümbətov kimi satqını qəbul etmirik və onun əməlləri yalnız talışlar tərəfindən deyil, Azərbaycanda yaşayan bütün milli azlıqlar tərəfindən pislənilir. Əlikram Hümbətovun heç zaman talış xalqı arasında yeri olmayıb. O, talış xalqının nümayəndəsi deyil və şəxsiyyətsiz bir insandır. Onun kimi insana Azərbaycanda yer yoxdur. Biz istəmirik ki, bizim gənclər onun kimi xain bir adamı tanısın. Biz ona nifrət edirik”.

Tədbir zamanı, həmçinin etiraz əlaməti olaraq Əlikram Hümbətovun şəkilləri iştirakçılar tərəfindən cırılaraq yandırılıb.

arxiv.bizimxeber.az


Əlikram Hümbətovun şəklini yandırdılar yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə