Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nezavisimaya qazeta”: “İlham Əliyevin qarşısına ciddi rəqib çıxara bilmədilər”
“Nezavisimaya qazeta”: “İlham Əliyevin qarşısına ciddi rəqib çıxara bilmədilər”
01 Oktyabr 2013 / 15:38 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Azərbaycanda prezident seçkilərinə sayılı günlər qalır. Hazırda qeyri-adi heç nə baş verməsə də, seçki marafonunun qızğın, bir qədər də gərgin keçən vaxtıdır. Belə bir vaxtda dünya mediasının da diqqəti Azərbaycana yönəlib. Seçkilərlə bağlı müxtəlif şərhlərin, proqnozların şahidi oluruq. Rusiyanın məşhur “Nezavismaya qazeta” nəşrinin Azərbaycandakı seçkilərə həsr etdiyi məqalə da bu baxımdan maraqlıdır.

arxiv.bizimxeber.az “Nezavismaya qazeta”ya istinadən verdiyi məlumata görə, nəşr prezidentlik postu uğrunda yarışan namizədlərin fəaliyyəti və mövcud güc balansını qiymətləndirib.

Belə ki, növbəti beş il üçün Azərbaycana kimin rəhbərlik edəcəyini müəyyənləşdirəcək prezident seçkilərinə 8 gün qaldığını yazan nəşr seçki prosesinin gedişinə toxunub.

Bir gün əvvəl 5 milyondan çox bülletenin Milli Məclisin mətbəəsində çapına başlandı. Respublikada 4 milyon 986 min 296 seçici var, amma bülletenlərin kiçik bir qismi ehtiyat üçün çap olunub.

Bülletenlərin çapı beynəlxalq müşahidəçilərin iştirakı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin mühafizəsi altında həyata keçirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Azərbaycanda prezident seçkilərini 87 ölkədən 34 təşkilat müşahidə edəcək. MSK sədri Məzahir Pənahov jurnalistlərə bildirdi ki, beynəlxalq təşkilatların nümayəndələrinin sayı 1012 nəfərdir. 4590 müşahidəçi MSK-dan qeydiyyatdan keçib. Dairə seçki məntəqələrində isə 29124 insan seçkiləri müşahidə edəcək.

“Azərbaycanda seçki prosesinin şəffaflığı bütün dünya üçün nümunə adlandırmaq olar”- deyə MSK sədri bildirib. Onun bu bəyanatı həm də ona söykənir ki, seçki prosesini izləmək üçün veb-kameralar da quraşdırılır və istənilən şəxs seçki prosesini internet üzərindən izləyə biləcək.

Nəşr yazır ki, MSK seçkilərin son hazırlıqları ilə məşğuldur, prezident postuna 10 namizəd isə seçicilərlə intensiv görüşlər keçirir.

Bu posta ən iddialı namizəd olan hazırki Prezident İlham Əliyev ölkənin regionlarına səfərlər edir, yeni məktəbləri, uşaq müəssisələrini, mədəniyyət obyektlərini, bu qəbildən olan bir çox müəssisələri istismara verir.

Digər namizədlərsə hakimiyyəti tənqid edərək, oliqarxlarla üzlüşəcəkləri barədə təhlükəli bəyanatlar verirlər. “Əgər mən prezident olacağamsa, nazirlərdən pulu alacam və bunu sizlərə verəcəm”. Bu sözləri Milli Şuranın namizədi Cəmil Həsənli şənbə günü seçicilərlə görüşündə bildirdi.

Mitinq-görüş hökumətin ayırdığı yerlərdən olan şəhər stadionlarının birində keçirilirdi. Milli Şura nümayəndələri mitinqə 20 min iştirakçı çıxaracaqlarını desələr də, ilk mitinqdə görüşə 5-6 min insan qatılmışdı. Lakin ötən şənbə keçirilən mitinqdə bu say iki dəfəyə qədər azaldı. ABŞ-a mühacir edən Açıq Cəmiyyət Partiyasının lideri, sabiq spiker Rəsul Quliyev vəziyyəti məyus şəkildə şərh edərək müxalifətin bu seçkilərdə də məğlubiyyətinin zəruriliyinə əminliyini söylədi.

R.Quliyev seçkilərin nəticələrini öncədən prqonozlaşdırdı və müxalifət fəallarının istefa verəcəyini dilə gətirdi. Onun fikrincə, müxalifət liderləri hələ 2003-cü ildə seçkilərdə məğlub olduqdan sonra istefa verməli idi: “Deyə bilmərəm ki, prezident seçkilərində məğlubiyyətdən sonra müxalifət liderləri istefaya gedəcək, ya yox. Çünki bu ənənə artıq baş verib, 2003-cü ildə onlar istefa verməli idi, lakin bu baş vermədi”. Onun sözlərinə görə, məğlubiyyətin səbəblərini müxalifət özündə axtarmalıdır.

“Hakimiyyət qələbəni indi yox, 2013-cü ilin başlanğıcında qazanıb. Bu qələbədə müxalifətin özü hakimiyyətə kömək etdi. 2013-cü ilin birinci 5 ayı Milli Şura adlı amorf təşkilatın yaradılmasına xərclənmişdi, növbəti ay yarım isə vahid namizədin seçiminə. Onun seçilməsindən 15 gün sonra alternativ namizəd haqqında ideya irəli sürüldü”, – deyə Rəsul Quliyev bildirib. Qeyd edib ki, onlarla gün də mənasız memorandumun yazılışına sərf edildi.

Nəşr yazır ki, bu ilki seçkilərdə də müxalifət İlham Əliyevin qarşısına ciddi rəqib çıxara bilmədi. Bu üzdən də İlham Əliyev seçkilərə demək olar ki, rəqibsiz gedir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə