Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prokurorluqdan “Lotu Quli”yə zərbə
Prokurorluqdan “Lotu Quli”yə zərbə
01 Oktyabr 2013 / 15:44 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Rusiyanın Yekaterinburq şəhərində mer seçkilərində qalib gəldiyi bildirilən və kriminal aləmlə yaxınlığı iddia edilən Yevgeni Royzmanın qələbəsi prokurorluq tərəfidən şübhə altına alınıb.

AzNews.az-a Rusiya mətbuatına istinadən xəbər verir ki, prokurorluq azərbaycanlı “qanuni oğru” Lotu Qulinin adamı kimi tanınan Royzmanın qələbəsinin təsdiqlənməsi barədə Şəhər Dumasının qərarının qanunsuz olduğunu elan edib.

Prokurorluğun məlumatına görə, Şəhər Dumasının iclasında yetərsay olmadığından Royzmanın bu vəzifəyə təsdiqlənməsi qanuni hesab edilə bilməz. Buna görə də prokurorluq qayda pozuntularının aradan qaldırılması və yeni iclasın keçirilməsini tələb edib. Yeni seçilən mer özü isə prokurorluğun qərarından narahatlığını dilə gətirib. Royzman bildirib ki, bu barədə qərarı prokurorluq yox, məhkəmə verməlidir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə