Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Atalıq, ana, nənə və qardaş doğrandı-FACİƏ
Atalıq, ana, nənə və qardaş doğrandı-FACİƏ
01 Oktyabr 2013 / 16:10 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

22 yaşlı gənc bir neçə nəfəri vəhşicəsinə qətlə yetirdiyinə görə həbs olunub

Rusiyanın Xabarovsk vilayətində 22 yaşlı gənc bir neçə nəfəri vəhşicəsinə qətlə yetirdiyinə görə həbs olunub.
O, anasını və nənəsini boğazlayandan sonra atalığını və qardaşını da qətlə yetirib.

Sentyabrın 29-da bu şəxs axşam saatlarında evə gəlib.

Şam yeməyindən sonra gənclə onun atalığı arasında mübahisə başlanıb. Səbəb isə oğlanın atalığından borc aldığı pulu hələ də qaytarmaması idi.

Mübahisə davaya çevrilib. 22 yaşlı gənc atalığına 5 bıçaq zərbəsi vurub, sonra onun boğazını kəsib. Səs-küyə onun 45 yaşlı anası gələndə o, qadının da boğazını kəsib.

Qatil daha sonra 84 yaşlı nənəsini və 19 yaşlı qardaşını öldürüb.
Sağ qalan yalnız yataq otağındakı 11 aylıq körpə olub.
Ailəsini qırandan sonra 22 yaşlı gənc yataq otağına keçib, çarpayıya uzanaraq yatıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə