Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şahmar Mövsümovla İvanişvili arasında 6 milyardlıq iş
Şahmar Mövsümovla İvanişvili arasında 6 milyardlıq iş
01 Oktyabr 2013 / 16:13 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft Fondu  Gürcüstanda 6 milyard dollarlıq özəl investisiya fonduna yatırım qoydu, baş nazir özü bu fonda 1 milyard yatırıb

Gürcüstanın baş naziri Bdzina İvanişvili 6 milyard kapitala malik özəl investisiya fondunun yaradıldığını elan edib. Virtualaz.org gürcü KİV-lərinə istinadən xəbər verir ki, fondu sentyabrın 30-da B.İvanişvili özü təqdim edib.

O bildirib ki, fond Gürcüstan iqtisadiyyatının  inkişafına yönəlmiş özəl investisiya layihələrini maliyyələşdirəcək. Baş nazir bildirib ki, o özü də fondun ortağıdır və şəxsi kapitalından ora 1 milyard dollar yatırır. “Forbes” jurnalının hesablamasına görə İvanişvilinin şəxsi kapitalı 5,3 milyard dollardır.

Fondun digər ortaqları mərhum gürcü milyarder Badri Patarkatsivişvilinin varisləri, yəhudi əsilli Qazaxıstan biznesmeni, Telman İsmayılovun yaxın dostu Aleksandr Maşkeviç, Azərbaycan Dövlət Neft Fondu (prezidenti Şahmar Mövsümovdur), “Milestone International Holdings Group Limited” şirkəti və digər şirkətlərdir.  Fond energetika, nəqliyyat, turizm, loqistika və kənd təsərrüfatı layihələrini maliyyələşdirəcək.

Fondun ortaqlarından biri olduğu üçün Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da B.İvanişvili və digərləri ilə birlikdə onun Direktorlar Şurasında təmsil olunacaq.

Fondun icraçı direktoru Giorgi Baçiaşvili bildirib ki, hazırda 500 milyon dollar dəyəri olan 10 investisiya layihəsi nəzərdən keçirilir. Fondun investisiya layihələrində iştirakı 25-75 faiz arasında olacaq və 7 il üçün nəzərdə tutulacaq. Baçiaşvili özü vaxtilə Rusiyada İvanişvilinin aktivlərini idarə edən şirkətin icraçı direktoru olub.

Qeyd edək ki, B.İvanişvili Gürcüstandakı prezident seçkilərinin ardınca baş nazir postundan istefa verəcək və siyasətdən uzaqlaşacaq.



Şahmar Mövsümovla İvanişvili arasında 6 milyardlıq iş yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə