Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

18 yaşlı tələbə qohumu tərəfindən qətlə yetirildi
18 yaşlı tələbə qohumu tərəfindən qətlə yetirildi
02 Oktyabr 2013 / 10:49 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Mingəçevir şəhərində qətl hadisəsi baş verib.

Mingəçevir şəhər Prokurorluğundan verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti – 76/1, mənzil-20 ünvanında, 1992-ci il təvəllüdlü Rüstəmli Ələkbər Namiq oğlu aralarında baş verən dava zamanı Şəki rayonunun Çayqoyunlu kənd sakini olan bibisi oğlunu, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının II kurs tələbəsi, 1995-ci il təvəllüdlü İsrafilov Məhəmməd Ağabala oğlunu bıçaqlayıb.

Hadisə Ələkbər Rüstəmlinin yaşadığı evdə baş verib. Bədəninin müxtəlif nahiyələrindən ağır bıçaq xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilən Məhəmməd İsrafilov dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Ələkbər Rüstəmli tutularaq şəhər Polis Şöbəsinə aparılıb.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə